Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
25/02/2022
Deputatlarımız Yerevanda tədbirdə iştirak ediblər
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəhbəri Tahir Mirkişili ( Tahir Mirkishili ) və həmkarım Soltan Məmmədov ( Soltan Mammadov) Avronest Parlament Assambleyasının tədbirində iştirak etmək üçün İrəvana etdikləri səfərin nəticələri bərədə fikirlərini AZTV-nin "Əsas məsələ" verilişində bölüşüblər. Həm Tahir müəllim, həm də Soltan müəllim Ermənistan paytaxtında qalib dövlətin millət vəkilləri olaraq qətiyyətli duruşları və çıxışları ilə xalqımızın rəğbətini qazanıblar. Tahir müəllimin komitə iclasında erməni nümayəndələrinə söz verməməsi, Ermənistan paytaxtında yenidən komitəyə rəhbər seçilməsi, Soltan müəllimin isə İrəvandan dünya azərbaycanlılarını su çərşənbəsi münasibəti ilə təbrik etməsi uzun illər yaddaşlarda qalacaq. Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.