Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


12/11/2021

Milli Məclisin komitələrində 2022-ci ilin büdcə layihəsinin müzakirələrinə start verilib.

Milli Məclisin komitələrində 2022-ci ilin büdcə layihəsinin müzakirələrinə start verilib. Noyabrın 10-da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, dünən isə Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə toplantısında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuşda) müzakirə olunub. Büdcəmizin işğaldan azad olunmuş ərazilərimizin aktiv şəkildə bərpası fonunda formalaşdırılması müstəqillik tariximizdə yaşadığımız yeni reallıqdır. Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu əsas məqsəd müharibədə qazandığımız qələbənin nəticələrinin daha da möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasıdır. Bərpa prosesi üçün 2022-ci ilin dövlət büdcəsindən 2,2 milyard manatın ayrılması onu deməyə əsas verir ki, növbəti ildə də işğaldan azad edilmiş ərazilərimizdə başlanan layihələr uğurla davam etdiriləcək.
Gələn ilin dövlət büdcəsi də xərclərimizin çoxalması, azad olunmuş torpaqlarımızın bərpasına yönəldiləcək vəsaitin həcminə baxmayaraq, yenə də sosialyönümlü və artan büdcə olacaq. Bunu proqnozlar və rəqəmlər deyir. Beləliklə:
☑Azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi, Qarabağın və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına reinteqrasiya edilməsi üçün 2,2 milyard manat məbləğində vəsaitin ayrılması təklif olunur;
☑Müdafiə xərclərinə dövlət büdcəsinin 15 faizi, yəni 4 milyard 990 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub;
☑Büdcənin sosial xərcləri 46.4 faizə çatdırılıb və cari illə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artırılıb. Bu xərclərin 60 faizi əməyin ödənilməsi ilə bağlıdır, yəni 2022-ci ildə əməyin ödənilməsinə 8 milyard 97 milyon manat məbləğində vəsait ayrılması təklif olunur;
☑Təhsil xərclərinə büdcədən 3 milyard 884 milyon manat ayrılması nəzərdə tutulub. Digər prioritet istiqamət olan səhiyyə sahəsinə ayrılan vəsait, cari ildən başlayaraq tətbiq olunan icbari tibbi sığorta öhdəlikləri də nəzərə alınmaqla 1 milyard 789 milyon manat səviyyəsində müəyyən edilib;
☑Növbəti ilin büdcə gəlirləri 26 milyard 816 milyon  manat təşkil edəcək;
☑2022-ci il Dövlət Sosial Müdafiə Fondunun büdcəsi cari ilə nisbətən 161 milyon manat, 3,1 faiz artımla planlaşdırılır. Büdcə təşkilatları üzrə artım 27 faiz, qeyri-büdcə təşkilatları üzrə 13 faiz planlaşdırılıb;
☑Növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 345 manat, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 375 manat proqnozlaşdırılır;
☑Bu ilin 9 ayında vergi daxilolmaları 12 faiz artaraq 6,4 milyard manata çatıb, 9 aylıq proqnoz 120,2 faiz səviyyəsində icra olunub, proqnozdan əlavə dövlət büdcəsinə 1 milyard manatdan çox vəsait daxil olub;
☑Bu, 30 il əvvəl müstəqilliyini bərpa etmiş ölkəmizin müstəqillik tarixində ən böyük büdcəsidir və növbəti il üçün proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 34,5 faizinə bərabərdir.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ