Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


13/03/2023

Milli Məclisin sədri erməni spikerin cavabını verib

Ermənistan parlamentinin sədri Alen Simonyan Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında Azərbaycanın ünvanına böhtan və yalan dolu çıxış edib və dünya ictimaiyətini növbəti dəfə aldatmağa çalışıb. Milli Məclisin sədri, Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova Simonyanın iddialarına dərhal tutarlı cavab verib. Simonyanın utanmadan ölkəsinin heç bir ölkəyə qarşı ərazi iddiasının olmadığı haqda fikir bildirməsinə toxunan S.Qafarova Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxladığını bir daha xatırladıb.
Erməni nümayəndələr beynəlxalq təşkilatların ali kürsülərdən yalan və saxtakarlığa əsaslanan, faktsız və əsassız bəyanatlar verməyə adət ediblər. Necə ki, Parlamentlərarası İttifaqın 146-cı assambleyasında Ermənistan parlamentinin sədri Simonyan növbəti dəfə beynəlxalq ictimaiyyəti saxta və yalan məlumatla aldatmaq istəyib. Ancaq onların bu yalanlarına inanan varmı? İndi 30 il bundan əvvəlki vəziyyət deyil. Ermənilərin bütün saxta iddialarını alt-üst edən sübutlar, videogörüntülər, əsaslı arqumentlər mövcuddur. Biz yaxşı bilirik ki, Qarabağın rus sülhməramlılarının məsuliyyətində olan hissəsində maksimum 25 min erməni yaşayır. Laçın yolu da daxil olmaqla bütün bölgə dünya, o cümlədən Ermənistanın özü tərəfindən tanınan Azərbaycan ərazisidir. Yoxsa Simonyan lideri Paşinyanın ötən il oktyabrın 6-da Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdığını unudub? Simonyan ölkəsinin parlamentinə rəhbərlik edirsə, bilməlidir ki, bu fakt 30 il bundan əvvəl BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamədə də öz əksini tapıb.
O ki qaldı Azərbaycan ərazisində yaşayan ermənilərə, bu müddət ərzində Azərbaycanın paytaxtı və müxtəlif bölgələrində yaşayan 30 min erməniyə heç kim toxunmayıb. Keçmiş müdafiə naziri Arutunyanın bacısı bu günün özündə Kürdəmir rayonunda yaşayır. Simonyan kimilərinin yalanlarına özlərindən başqa inanan yoxdur. Qarabağ Azərbaycandır!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ