Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
16/05/2024
Milli Məclisin sədri İsveçrə Konfederasiyasında işgüzar səfərdədir
Milli Məclisin sədri Sahibə xanım Qafarovanın başçılıq etdiyi nümayəndə heyətimiz Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərindədir. Bu gün Parlamentlərarası İttifaqın İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil-qərargahında Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclası öz işinə başlayıb. Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak və çıxış edib. Parlament sədri çıxışında Parlament Sədrlərinin 6-cı Dünya Konfransının təşkili ilə bağlı öz fikirlərini bildirib.
O deyib ki, bundan əvvəl keçirilmiş 5 konfransda beynəlxalq əməkdaşlığın parlament ölçüsünün gücləndirilməsi əsas müzakirə mövzularından biri olub. Bu gün parlament diplomatiyası və əməkdaşlığı əvvəlki illərlə müqayisədə öz miqyasını genişləndirib. Parlamentlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq etdiyini və yeni mexanizmlər yaratdığını bildirən Sahibə Qafarova, bu mənada Parlamentlərarası İttifaqın parlamentlərimiz üçün olduqca mühüm və birləşdirici platforma olduğunu diqqətə çatdırıb. Milli Məclisin sədrinin sözlərinə görə, bizim ümumi baxışlarımız, məqsədlərimiz, hədəflərimiz bu təşkilatda əks olunub.
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.