Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


26/03/2024

Milli Məclisin sədri Sahibə Qafarova ICESCO-nun Baş Direktoru ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb. Görüşdə təşkilatla Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyi və tərəflər arasında davamlı dialoqun mövcudluğu məmnunluqla qeyd edilib.
Milli Məclisin sədri Sahibə Qafarova ötən ilin dekabr ayında Mərakeşə rəsmi səfəri çərçivəsində ICESCO rəhbəri ilə görüşünü məmnunluqla xatırlayaraq, ölkəmizin bu təşkilata və İslam ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. 
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ailəsinin fəal üzvüdür. Ölkəmiz üzv dövlətlərlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, hər zaman ölkələrimiz arasında həmrəyliyin möhkəmlənməsinə səy göstərir.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ