Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


08/02/2022

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətimizin Baltik dövlətlərinə səfəri

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətimizin Baltik dövlətlərinə səfəri çərçivəsində Estoniyanın prezidenti Alar Karis ilə görüşü keçirildi. Ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin tarixinə toxunan cənab Karis bildirdi ki, Milli Məclis sədrinin ölkəsinə səfəri bu əlaqələrin daha da inkişafı və dərinləşməsinə xidmət edəcək. Estoniya prezidentinin çıxışında iki mühüm məqamı xüsusilə qeyd etməliyik. Birincisi, Estoniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib. İkincisi isə, rəsmi Tallin ölkəmizin Avropa Birliyi ilə daha sıx təmaslarını alqışlayır vı bu istiqamətdə istənilən köməyi göstərməyə hazırdır. Xatırladım ki, səfər çərçivəsində Baltik dövlətlərinin hər üçü, özü də ən yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünə dəstəklərini bəyan etdilər.
Milli Məclisin sədri Sahibə Qafarova isə öz növbəsində bildirdi ki, AB ilə ölkəmiz arasında danışıqlar son mərhələdədir və Azərbaycan artıq qurumun 9 üzvü ilə strateji tərəfdaşlıq sənədləri imzalayıb. Azərbaycan parlamentinin sədri 44 günlük müharibədə əldə etdiyimiz qələbənin həm xalqımız, həm də bütöv region üçün əhəmiyyətindən danışdı. Xanım sədr bildirdi ki, BMT-nin münaqişənin həllinə dair qəbul etdiyi və kağız üzərində qalan 4 qətnaməsi dövlətimiz tərəfindən icra olunub və işğala son qoyulub. Müharibədən sonra regionda bərqərar olmuş sülh və təhlükəsizlik mühiti iqtisadi inkişaf üçün əlverişli stimula çevrilib.
Regiondakı prosesləri yaxından izlədiklərini deyən Estoniya prezidenti Milli Məclis sədrinin ölkəsinə səfərindən məmnun olduğunu bildirərək səmimi salamlarını Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdırmağı xahiş etdi.
Bu il Azərbaycanla Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyidir. Dövlətlərimiz həm müstəqilliyimizə qarşılıqlı hörmətdən, həm də aramızda olan, dəstəyə əsaslanan münasibətlərdən məmnundurlar. Əlaqələrimizin daha da inkişafı xalqlarımızın maraqlarına cavab verir

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ