Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


17/05/2024

Milli Məclislə Parlamentlərarası İttifaq arasında COP29 çərçivəsində görüşün təşkilinə dair Memorandum imzalanıb

Milli Məclisin sədri Sahibə xanım Qafarovanın başçısılıq etdiyi nümayəndə heyətimizin İsveçrənin Cenevrə şəhərinə səfəri davam edir. Azərbaycan Respublikası Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində Parlament görüşünün təşkili ilə əlaqədar Anlaşma Memorandumu imzalanıb. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq imzalayıblar.
İmzalanma mərasimində çıxış edən Milli Məclisin sədri sənədin əhəmiyyətini vurğulayaraq deyib ki, Parlament görüşü COP29 çərçivəsində keçiriləcək tədbirlərə parlament platformasında dəstək verəcək. Bu tədbir parlamentarilərə fikir mübadiləsi aparmağa və iqlim dəyişikliyi ilə mübarizədə təkliflərlə və yeni fikirlərlə çıxış etməyə imkan verəcək. Xanım sədr Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə səyləri ilə görüşün yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ