Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


31/03/2022

Milli Qəhrəman Murad Mirzəyevin doğum günüdür

Bu gün Milli Qəhrəman, Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin mərhum zabiti Murad Mirzəyevin doğum günüdür. M.Mirzəyev 2016-cı il aprelin 4-də Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Murad Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxuyub. O, təhsilni Türkiyədə davam etdirib və 1998-ci ildə burada Ali Hərbi Məktəbi bitirib. Murad Azərbaycan ordusunun zabiti kimi ABŞ, Rumıniya və İordaniyada keçirilən hərbi təlimlərdə iştirak edib.
2004-cü ildə ailə həyatı qurub. 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı var...
Bu gün şəhidimizi anmaq üçün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, həmkarlarım Ramin Məmmədov və Erkin Qədirli, rayonumuzun hüquq-mühafizə orqanlarının rəhbər heyəti, Muradın döyüş yoldaşları, ailəsi və ictimaiyyət nümayəndələri ilə birlikdə Fəxri Xiyabanda olduq. Şəhidimizi yad etdik, məzarına gül dəstələri qoyduq, dualar oxundu. Xalqımız şəhidlərini heç vaxt unutmayacaq...
Allah rəhmət etsin!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ