Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


23/02/2022

Moskva Bəyannaməsi xalqımızın milli maraqlarına xidmət edir

“Azərbaycan və Rusiya prezidentlərinin imzaladıqları Moskva Bəyannaməsi mürəkkəb geosiyasi situasiya və reallıqlar fonunda milli diplomatiyamız və şəxsən Prezident İlham Əliyevin böyük diplomatik uğurudur. Qardaş Türkiyə ilə Şuşa Bəyannaməsindən sonra ən böyük qonşumuz olan Rusiya ilə imzalanmış bu sənəd müstəqilliyimizin möhkəmlənməsi və təhlükəsizliyimizin xarici təsirlərdən qorunması istiqamətində atılmış tarixi addımdır”.

 

Bu sözləri Modern.az-a Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasına münasibət bildirərkən, Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

 

Deputatın sözlərinə görə, bu kimi dövlətlərarası sənədlərin hazırlanması və imzalanmasında mövcud siyasi vəziyyət, proqnozlaşdırılan təhlükələr diqqətlə nəzərə alınır:

 

“Şuşa Bəyannaməsi NATO üzvü olan qardaş Türkiyə ilə, Moskva Bəyannaməsi isə əks cinah olan və KTMT-nin lideri Rusiya ilə imzalanıb. Azərbaycan Qoşulmama Hərəkatının üzvü və liderlərindən biri olmaqla hər hansı hərbi bloka daxil deyil. Yəni bu sənədlərin ərsəyə gəlməsi incə və möhkəm siyasi iradəyə söykənən diplomatiyanın məhsuludur. Dövlət başçısının əsas vəzifəsi və hədəfi xalqımızı, ölkəmizi istənilən kənar müdaxilə və təsirlərdən qorumaqdır. İmzalanmış bu iki sənəd dövlətimizin təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək”.

 

E.Allahverdiyev hesab edir ki, Moskvada imzalanmış bəyannamə qardaş Türkiyənin də hazırki xarici siyasət kursuna uyğundur.

 

“Türkiyədə uğursuz dövlət çevrilişi cəhdindən sonra qardaş ölkənin xarici siyasətində izlənən dəyişiklikləri görürük. Ankaranın son bir neçə ildə Moskva ilə yaxınlaşan və sıx koordinasiya olunan münasibətləri, bu münasibətlərin siyasi, hərbi, iqtisadi detalları günümüzün gerçəklikləridir. Hər iki ölkənin Avrasiya regionunun liderləri olduqlarını yaxşı bilirik. 44 günlük Vətən müharibəsi ərzində Türkiyə və Rusiya diplomatik idarələrinin necə sıx ünsiyyətdə olduğunu gördük. Başqa sözlə, tarixdə bəlkə ilk dəfədir ki, bu dövlətlərin münasibətləri belə sıx kooperasiya formatında inkişaf edir. Bu baxımdan, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığını dəstəkləyən hər iki bəyannamə zamanın reallıqları ilə sıx bağlıdır” - deyə deputat vurğulayıb.

 

E.Allahverdiyevin fikrincə, dünya siyasətinin liderlərindən olan Rusiya ilə 43 bənddən ibarət olan və ikitərəfli münasibətlərin bütün spektrini əhatə edən irihəcmli sənədi yalnız bərabərhüquqlu, dünya siyasətində yeri və çəkisi olan dövlətin rəhbəri imzalaya bilər:

 

“Bu bəndlərin hər biri xalqımızın milli maraqlarına xidmət edir. Hiss olunur ki, Azərbaycan diplomatiyası hər bənd üzərində diqqətlə işləyib. Bəyannamənin 1 ilə ərsəyə gəlməsi də bunu göstərir. Fikrimcə, Ermənistanla münasibətlər, sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizinin açılışı istiqamətində görülən hazırlıq işləri, ərazimizin bir qismində qalan separatçıların zaman-zaman həyata keçirdikləri təxribatlar baxımından belə bir dövlətlərarası sənədin imzalanması müasir tariximizin ən böyük xarici siyasət uğurlarından biridir”.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ