Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


16/05/2023

Moskvada Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər keçirilib

Dünən Milli Məclisin sədri Sahibə xanım Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətimizin iştirakı ilə Moskvada Ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunmuş tədbirlər keçirilib. Nümayəndə heyətimiz Rusiya Federal Məclisinin Federasiya Şurasında Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş sərginin açılışında olub. Burada Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya Federasiyası Federal Şurasının sədri Valentina Matviyenko ilə görüşü baş tutub. Nümayəndə heyətimiz Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərginin açılış mərasiminə qatılıb. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, TASS agentliyinin rəhbərliyi, Federasiya Şurasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Mayın 15-də nümayəndə heyətimiz həmçinin Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında olub. Milli Məclisin sədri Sahibə Qafarovanın Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşü keçirilib.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində daha bir sərgi TASS agentliyinin mənzil-qərargahına keçirilib. Tədbirə qatılan nümayəndə heyətimizi TASS agentliyinin baş direktoru Sergey Mixaylov, baş direktorun müavini Mixail Qusman müşayət ediblər

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ