Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


04/12/2020

Şəhidlərimizi yad edirik

Müdafiə Nazirliyinin məlumatına görə, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbçimiz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. 
Allah şəhidlərimizə rəhmət etsin! 30 ilə yaxındır yağı düşmənin işğalında olan torpaqlarımızı, həsrət qaldığımız yurdumuzu cəmi 44 günə bizə bəxş edən, Vətənə qaytaran və bu yolda canlarından keçən bütün balalarımızın ruhu qarşısında baş əyirik. Həyatımız boyu borcluyuq...
Uca tanrı müalicə alan qazilərimizin üstündə olsun, dualarımızı əskik etməyək, tezliklə sağalıb evlərinə, ailələrinə dönsünlər. Tanrı itkin düşmüş qardaşlarımızı hifz etsin, onların tezliklə Vətənə dönmələri üçün ümidlərimizi bir an belə üzməyək. 
Başın sağolsun, Vətən!
Azərbaycan xalqı və dövləti qəhrəman övladları heç vaxt unutmayacaq. Müasir tariximizin ən şanlı səhifəsini yazan igidlərimiz daima xalqımızın qəlbində yaşayacaq. Onlar dərsliklərimizin, kitablarımızın qəhrəmanları, yaddaşlarımızda Qarabağımızın unudulmaz fatehləridirlər!
Prezident İlham Əliyevin sərəncamına əsasən, Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq. Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılır.
Mədəniyyət beşiyimiz olan Şuşanın işğaldan azad edilməsi günü II Qarabağ savaşının ən əzəmətli günüdür. Bu tarixin əhəmiyyəti nəzərə alınaraq Zəfər Günü də hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək. Prezident İlham Əliyevin digər sərəncamına əsasən, bu gün - dekabrın 4-ü saat 12:00-da şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad ediləcək. Allah bir daha Qarabağ uğrunda həlak olan Vətən övladlarına rəhmət etsin!
Qarabağ Azərbaycandır! 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ