Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


20/02/2023

Münxendə ABŞ və Avropanın Azərbaycanın mövqeyi ilə razı olduğunu gördük

Münxendə keçirilən növbəti Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüşlər, xüsusilə də Prezident İlham Əliyevin ABŞ dövlət katibinin moderatorluğu ilə iştirak etdiyi üçtərəfli danışıqlar Azərbaycan diplomatiyasının növbəti uğurudur.

 

Həm Blinkenin vasitəçilik etdiyi danışıqlar, həm də sonra keçirilən panel müzakirələri Azərbaycanın yürütdüyü mövqe və əsas tutduğu arqumentlərin sivil dünya tərəfindən qəbul edildiyini göstərdi. Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində iştirak etdiyi tədbirlər, o cümlədən ABŞ dövlət katibinin vasitəçiliyi ilə Ermənistanın baş naziri ilə görüşünün nəticələri əminliklə deməyə əsas verir ki, diplomatiyamız növbəti qələbəyə nail oldu. Təbii ki, bu diplomatik uğuru şərtləndirən bir çox amilləti qeyd etmək olar. Əgər nəticələrə Ermənistanla münasibətlər prizmasından baxsaq, ABŞ və Avropanın, yəni bütövlükdə Qərbin Azərbaycanın mövqeyi ilə tam razı olduğunu gördük. Bunu cənab Prezident də qeyd etdi.

 

Ermənistan sülh prosesini nə qədər ləngitməyə çalışsa da, nəinki heçnəyə nail ola bilməyəcək, hətta daha çox itirəcək. Çünki Azərbaycanın danışıqlarda istifadə edə biləcəyi dəlillər kifayət qədər çoxdur. Prezident İlham Əliyevi bir gedişlə Ermənistan liderini pat vəziyyətə saldı. Əsasən də sərhəddə, yəni həm Zəngəzur dəhlizinin hər iki başında, həm Laçının Ermənistanla sərhəd hissəsində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması məsələsində. Azərbaycan Prezidentinin bu təklifi Ermənistanı dalana saldı və çıxılmaz vəziyyətdə qoydu. Ancaq əslinə qalsa, Prezident İlham Əliyev buna hələ ötən il, Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə eyham vurmuşdu. Rəsmi Yerevanın bu məqamı diqqətdən qaçırması və ya əhəmiyyət verməməsi Ermənistanın xarici siyasətlə məşğul olan rəsmilərinin və elə baş nazir Paşinyanın özünün ciddi səhvlərindən biridir.

 

Dünya birliyinin Ermənistanı nəyəsə görə müdafiə etməsi üçün səbəbləri tükənib. Çünki 30 ildir danışılan yalanlara status-kvonu qorumaq üçün göz yumulurdu. 2020-ci ilin müharibəsindən sonra isə Yerevanın durumu acınacaqlı olmaqla yanaşı, həm də gülüncdür. Ümumiyyətlə, üçtərəfli görüşdən sonra baş tutan panel müzakirələrində də Nikol Paşinyanın reallıqdan uzaq, tarixi saxtalaşdırma faktları ilə və ən əsası yalan dolu açıqlamaları adamda təbəssüm oyatmaqla yanaşı, həm də göstərir ki, Ermənistan hakimiyyətində 2020-ci ilin müharibəsi və acınacaqlı məğlubiyyətindən bu qədər vaxtın keçməsinə baxmayaraq, hələ də yaranmış reallıq barədə aydın təsəvvür yoxdur. Necə ki, 30 ilə yaxın müddətdə Rusiyaya sığınıb müdafiələrini təmin etmiş hesab edirdilər, indi də ümidləri Fransadır. O Fransa ki, Münxendəki danışıqlarda prezidentini nəzərə alan belə olmadı.

 

Prezident İlham Əliyev Makronu oyundan kənar vəziyyətə salıb. “Azərbaycanın daha bir diplomatik zəfəri Fransa prezidenti Makronun faktiki olaraq oyundan kənar vəziyyətə salınmasıdır. Çünki məlumdur ki, Makron ciddi cəhdlə növbəti görüşün onun patronajlığı altında Parisdə keçirilməsinə çalışırdı. Prezident Əliyev bəyan etdi ki, nizamlama prosesinin Brüssel variantını dəstəkləyir. Ancaq Fransanın oyundan kənar salınması ilə də nümayiş etdirdi ki, ünvanı Brüssel olan Avropa təşəbbüsündə bizim üçün Fransa yoxdur.

 

Münxen Təhlükəsizlik Konfransı bizim üçün müsbət simvolik əhəmiyyət daşıyır. Çünki 2020-ci ilin Vətən müharibəsinə gedən yol faktiki olaraq məhz bu tədbirdən başlamışdı. Hər bir azərbaycanlı Prezident İlham Əliyevin Paşinyanın bütün dünyanın gözü qarşısında acınacaqlı diplomatik məğlubiyyətə uğratdığını xatırlayır. Məhz o andan etibarən əksəriyyətimiz hiss edirdik ki, işğalçının torpaqlarımızdan qovulması vaxtı yetişib. Çünki Ermənistanın bu işğalı davam etdirməsi üçün heç bir siyasi-diplomatik arqumenti qalmamışdı.

 

Hazırki danışıqlar təşəbbüsün Qərbdə olduğunu göstərir. Bunun obyektiv səbəbləri var. Mənim şəxsi qənaətim bundan ibarətdir ki, Makronun cəhdlərinə baxmayaraq, Brüssel təşəbbüsünü tam sıradan çıxarmaq mümkün olmayıb. Çünki birincisi, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa cavab verir və Avropa bu reallığı inkar edə bilməz. İkincisi, Avropa Birliyini təmsil edən Şarl Mişelin cəhdlərinin iflasa uğraması həm təşkilat, həm də bütövlükdə “qoca qitə” üçün bir reputasiya məsələsidir. Eyni zamanda belə təsəvvür yaranır ki, Fransanın destruktiv mövqeyi və Rusiyanın məlum səbəblərdən prosesdən kənarda qalması fonunda əsas rolu üzərinə ABŞ götürür. Rəsmi Vaşinqtonun yüksək rütbəli məmurlarının həm Bakı ilə, həm də Yerevanla intensiv trafikli təmasları bunu deməyə əsas verir. Üçtərəfli görüşün dövlət katibinin moderatorluğu ilə keçirilməsi rəsmi Vaşinqtonun prosesə ciddi önəm verdiyini göstərir. Azərbaycan Prezidentinin ABŞ-ın bizim möqeyi qəbul etməsini vurğulaması isə ona işarədir ki, arqumentlərimiz okeanın o tayında obyektiv qəbul edilir.

 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ