Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


09/11/2020

Müqəddəs bayrağımız daima yüksəklərdə dalğalanacaq!

Bu gün bütün xalq qürurla Dövlət Bayraq Gününü qeyd edir.

Dünən Şuşanın aılnma xəbərinin sevinci, demək olar ki, bütün sevinən vətəndaşlarımızın üçrəngli möhtəşəm bayrağımızı dalğalandırması, sanki bayrağımızın əzəmətini daha da artırırdı. Bu gün Ali Baş Komandanımızın əvvəl 23, az öncə daha 48 kəndin erməni işğalından azad olunma xəbərini elan etməsi Dövlət Bayraq Günü bayramımızı daha yaddaqalan etdi. Əminliklə demək olar ki, ölkədə Bayraq Günü rəsmi bayram elan edilən gündən bu bayram belə qürurla, belə möhtəşəm qeyd olunmayıb. Bizə belə əzəmətli, möhtəşəm, qürurlu günlər, bayramlar bəxş etdikləri üçün öz adımdan və seçicilərim adından Ali Baş Komandanımız İlham Əliyevə və onun rəhbərliyi ilə qələbələr qazanan Müzəffər Ordumuza dərin təşəkkürümü bildirirəm.

Azərbaycan müstəqil dövlət kimi mövqeyini ortaya qoydu, dövlət başçımız cənab İlham Əliyev əsl lider, diplomat kimi qətiyyətini göstərdi, Müzəffər Ordumuz da öz qələbələri ilə dövlətimizin güclü Orduya malik olmasını bütün dünyaya sübut etdi. Ordunun və dövlət başçısının arxasında dayanan Xalq xalq da sübut etdi ki, əgər xalq dövlətinin, ordusunun arxasındadırsa, onu heç bir qüvvə yolundan döndərə bilməz. Qısaca desək, Dövlət, Ordu, Xalq birliyi Qələbəmizi daha möhtəşəm və daha tez əlçatan edir.

Azərbaycan Bayrağını həsrətlə gözləyən bir neçə yüksəkliklərimiz qalıb, inanıram ki, tezliklə Ali Baş Komandanımız o yerlərin işqaldan azadolunma xəbərini verəcək, bütün dünyaya əzəmətini əməlində göstərən ordumuz o yerlərə üçrəngli, ay-ulduzlu bayrağımızı taxacaq. Noyabr bayramlar, Qələbələr ayıdır. Xalq olaraq dövlətin arxasında daha möhkəm dayanıb, möhtəşəm Qələbə xəbərlərinə şahid olaq. Deyiləcək, yazılacaq sözlərimiz çox olacaq.


Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ