Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


11/03/2024

"Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar" mövzusunda ictimai dinləmə keçirilib

Bu gün Milli Məclisdə "Nəqliyyatın idarəedilməsində yeniliklər və çağırışlar" mövzusunda ictimai dinləmələrdə iştirak etdik. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşkilatçılığı ilə keçirilən dinləmələrdə ictimai nəqliyyat sektorundakı mövcud vəziyyət və qarşılaşdığımız çətinlikləri müzakirə etdik. 

Tədbirdə çıxışım oldu. Fikrimcə, özəl sektoru, milli biznesi bu sferaya təşviq etməklə, xüsusilə də taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlara şərait yaratmaqla həm dövlətin yükünün azalmasına, həm də keyfiyyətin yüksəlməsinə dəstək vermiş olarıq. Bu, rəqabətə yol açar, taksi sektorunda yüksək keyfiyyət və peşəkarlıq kimi mövzular aktuallaşar, nəticədə isə vətəndaş qazanar.

Bununla yanaşı, paytaxtımızda avtomobil tıxacı problemi mövcudluğunu qoruyub saxlamaqdadır. Şəhərin bütün girişlərində bu çətinlik müşahidə edilir və bu da təbii ki, nəqliyyatın və məntiqlə, vətəndaşların vaxtlı-vaxtında mənzil başına çatmalarını əngəlləyir. Bu problemin həlli sürətlə böyüyən Bakı üçün ən ciddilərdən biridir və nəqliyyatın idarəedilməsi baxımından olduqca vacibdir.


https://meclis.gov.az/news.php?id=5383&lang=az


https://azertag.az/xeber/deputat_sernisindasimada_xidmet_yuksek_keyfiyyetli_olmalidir_ki_sernisinler_daha_chox_ictimai_neqliyyata_ustunluk_versinler-2945697

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ