Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


21/12/2020

Seçicilərimizlə növbəti onlayn-görüş

Bu gün dairəmizin bir qrup sakini ilə növbəti onlayn-görüşümüzü reallaşdırdıq. Sonuncu dəfə biz sentyabr ayında görüşmüşdük. Düzdür, bu müddət ərzində məktublar, müraciətlər vasitəsilə daimi əlaqədə olmuşuq. Ancaq parlaq qələbəmizlə başa çatan Vətən müharibəsi dövründə hamımızın diqqəti cəbhədən gələn xəbərlərə, qazilərimizə və şəhidlərimizə yönəlmişdi.
Görüşdə müzakirə olunan problemlər sırasında daşınmaz əmlak, sənədləşmə, hüquqi yardım və məşğulluq mövzuları üstünlük təşkil edir ki, bunlar da anlaşılandır. Dairəmizin bir hissəsi söküntü ərazisində yerləşir və bu səbəbdən həm evlərin nə vaxt söküləcəyi, həm də veriləcək kompensasiyaların həddi problemi sakinlərimizi narahat edir. Mart ayından bu yana davam edən Covid-19 pandemiyası ölkəmizdə məşğulluq sahəsinə ciddi neqativ təsir göstərib. Yeni növ koronavirusun bütün dünyada, o cümlədən ölkəmizdə növbəti dalğasını yaşadığımız gerçəklikdə vətəndaşlar iş yerləri və məşğulluq problemi ilə maraqlanmaya, narahat olmaya bilməzlər. Təbii ki, biz sadalanan məsələlərlə bağlı müvafiq icra strukturlarına müraciət edir, onların həllinə nail olmağa çalışırıq. 
Dostlar, bir məqamı da nəzərə almağınız çox vacibdir: problemlərlə bağlı müraciətlər yazılı şəkildə olmalıdır. Məktublarınızı poçt vasitəsilə Milli Məclisə, mənim adıma göndərə və qanunverici orqanın elektron poçtundan istifadə edə bilərsiniz. Eyni zamanda, bizim elektron ünvanımız da işləkdir və bu vasitədən də yararlanmanız mümkündür: [email protected]
Biz birlikdə güclüyük! 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ