Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


13/11/2021

Noyabrın 12-də Yasamal rayonunda növbəti məhəllədaxili stadionumuzun açılışını etdik.

Noyabrın 12-də Yasamal rayonunda növbəti məhəllədaxili stadionumuzun açılışını etdik. Yeni meydançamız Bakıxanov prospekti 2 ünvanında yerləşir. İllər öncə sadə camaatımızın dilində "Böyük həyət" (Большой двор) kimi tanınan ərazi dairəimizin ən sıx məskunlaşan hissələrindən biridir. İnşa etdiyimiz meydança da hər tərəfdən çoxmənzilli yaşayış binaları ilə əhatə olunub. Bu, həmin binalarda yaşayan gənclər və uşaqların istədikləri vaxt futbol oynamaları, bununla da sağlam həyat tərzinə həvəsləndirilmələri istiqamətində güclü stimul olacaq. Xatırladım ki, bundan öncə biz "5 mərtəbə" və Nərimanov prospekti 54/27 ünvanında da futbol meydançalarını sakinlərin istifadəsinə vermişdik. Bu, son 4 ayda ərsəyə gətirdiyimiz sayca üçüncü idman obyektidir. Bu layihələrin reallaşmasında bizə hər zamankı kimi hərtərəfli dəstək verən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova, İcra Hakimiyyətinin mütəxəssislərinə, AFFA rəhbərliyinə, şəxsən icraçı vitse-prezident Elxan Məmmədova, Yasamal Bələdiyyəsinin kollektivinə bir daha seçicilərimiz və komanda üzvlərim adından təşəkkür edirəm.
Açılış mərasimindən öncə meydança ətrafında Yasamal rayonunun ictimaiyyət nümayəndələri ilə birlikdə ağac əkdik. Gün olsun, bu ağaclar böyüsün və meydançaya öz kölgəsini salsın.
Ənənəmizə uyğun olaraq meydança açılışdan sonra sakinlərin ixtiyarına verilir. Arzumuz budur ki, sakinlərimiz də öz növbəsində bu idman qurğusunun işlək vəziyyətdə olması üçün vətəndaş nəzarətini həyata keçirsinlər.
Bugünkü açılış mərasimində Yasamal RİH-nin başçısı E.Həsənov,  AFFA-nın icraçı vitse-prezidenti E.Məmmədov, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyəv, rayon ictimaiyyəti və futbolumuzun tanınmış simaları - əfsanəvi futbolçular İsgəndər Cavadovla Vəli Qasımov da iştirak edirdi. Dövlətimizin gənclər siyasəti, idmanın populyarlaşması üçün atdığı addımların əsas hədəfi sağlam yeni nəslin ərsəyə gəlməsidir. Yasamal RİH ilə bu istiqamətdə gələcəkdə də dairəmizdə bir sıra tədbirlərin keçirilməsini planlaşdırmışıq. Məqsədlər üst-üstə düşəndə, nəticə də gözəl olur. Birlikdə bütün hədəflərə nail olacağıq!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ