Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Kəlbəcərin tarixi abidələri

26/11/2020
Noyabrın 25-dən etibarən doğma Kəlbəcərimiz, Ana Vətənimizin ayrılmaz parçası olan bu dilbər guşəmiz düşmən tapdağından azad olundu. Erməni qəsbkarları Kəlbəcəri qaytarmamaq üçün nə üsullara əl atmadılar? 27 ildir işğal altında saxladıqları rayonda daşı daş üstünə qoymayan düşmən yalnız bizə məxsus olanı mənimsəməyə, tarixi abidələrimizi saxtalaşdırmağa, təbiətimizə ziyan vurmağa, talamağa çalışdı. Kəlbəcərin adını dəyişdirməyə, yaddaşlardan silməyə, burada Ermənistandan və xarici ölkələrdən olan soydaşlarını məskunlaşdırmağa cəhd etdi. Düşündü ki, Vətəni unudacağıq. Ancaq unutmadıq, Kəlbəcəri, Şuşanı, Ağdamı heç vaxt görməyən yeni nəsil zabit və əsgərlərimiz yurdumuzu düşmən tapdağından qurtardı. 
Ermənilər çox çalışdılar ki, Qarabağda olan Qafqaz Albaniyasından bizə yadigar qalmış xristian məbəd və monastırların guya onlara məxsusluğu barədə dünyaya car çəksinlər və Kəlbəcərdən çıxmasınlar. Statistika heç vaxt yalan danışmır: Dağlıq Qarabağ münaqişəsi başlamazdan əvvəl Kəlbəcərdə əhalinin vur-tut 0,1% erməni olub. Dənizdə damla! Düşmən saman çöpündən yapışdığı kimi Alban tarixinin incisi olan möhtəşəm Dadivəng, yaxud Xudavəng məbədini vermək istəmirdi, dünya boyda isterika qaldırmışdı. Ancaq cənab Prezident İlham Əliyevin dediyi kimi, bu abidələr xalqımıza məxsusdur və biz onları necə qorumaq lazım olduğunu yaxşı bilirik. 
Dostlar, maraq kəsb edəcək deyə sizi Kəlbəcər ərazisində olan tarixi abidələrimizin bir qismi barədə qısa məlumatla tanış edirik. Nəzərə almaq lazımdır ki, Albaniyadan miras qalmış məbədlər bütün bölgədə mövcuddur və bir çox hallarda biz Kəlbəcər və Ağdərə ərazilərindəki abidələrə kompleks şəkildə baxmalıyıq. Təqdim edilən materiala əlavələriniz olacaqsa, yazın.
Lök qalası  - XIII-XIV əsrlərin tarixi memarlıq abidəsi;
Comərd qalası - Kəlbəcərin Tutquçay dərəsinə gedən yolun üstündəki Comərd kəndindən yuxarıda yerləşir;
Qalaboynu qalası - Ciddi strateji əhəmiyyət daşıyan yaşayış məntəqəsi olub; 
Xoxanabert qalası (Ruzan, Ruzikan qalası) – Başqa adı Oğlanqaladır. Farscadan tərcümədə “hakimin evi”, “xanın evi” deməkdir;
Xaçın knyaz sarayı - XIII əsrə aid tarix-memarlıq abidəsi;
Havaptux monastırı - Gəncəsər monastırından 5 km cənubda yerləşən tarix-memarlıq abidəsi;
Vaçar - Qafqaz Albaniyasında şəhər tipli yaşayış məntəqəsi;
Böyük Arran və ya Müqəddəs Yaqub monastırı — Kolatağ kəndi ərazisində yerləşir;
Kolatağ monastırı - Kolatağ kəndində yerləşən tarix-memarlıq abidəsi;
Harva kilsəsi - Dovşanlı kəndində yerləşən tarix-memarlıq abidəsi;
Dadivəng kilsəsi - dəniz səviyyəsindən 1100 metr yüksəklikdə, Bağlıpəyə kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Elmi mənbələrdə həm də Xudavəng kimi qeyd edilir;
Müqəddəs Tanrı anası monastırı - Zar kəndi ərazisində, Xudavəng monastırından 3 km qərbdə, Tərtər çayının sahilində yerləşən tarix-memarlıq abidəsi;
Xatirə kilsəsi  (Xatravəng) - Bu kilsə Xankəndidən Xudavəng məbədinə gedən yolun üstündə yerləşir. Əsası 1204-cü ildə Qozlu (Vaquas) kəndində qoyulub. Təbii ki, bu abidəmiz də saxta xaç daşları ilə erməniləşdirilib;
Vaquas monastırı – Qozlu kəndi ərazisində yerləşən XIII əsrə aid monastır kompleksi;
Qırmızı monastır  və ya  Müqəddəs Qriqor monastırı – Qozlu kəndindən 3 km aralıda, sıldırım qayalıqlı yüksək ərazidə, üç tərəfdən sərt enişlə əhatə olunmuş meşənin içində yerləşən tarixi monastır.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ