Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


23/08/2024

Ölkəmizdə vikipediya fəaliyyəti genişlənməkdədir

Bu günlərdə könüllülərimiz Qarabağ Universiteti haqqında ingilis və türk dillərində məqalə yaradıblar. Həmçinin, Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli, Genlik kəndləri haqqında ingilis dili bölməsində məqalələr yerləşdiriblər. Əsas niyyət xarici oxuculara obyektiv məlumatların çatdırılmasını təmin etməkdir. Bununla yanaşı ölkəmizə dair önəmli və maraqlı məqalələr yaradılır və ya zənginləşdirilir. 

Ümumiyyətlə, ölkəmizdə “Vikipediya” ilə bağlı fəaliyyəti genişlənməkdədir. Bu istiqamətdə səmərəli addımlar atılır. Beləki, 31 iyul – 4 avqust 2024-cü il tarixlərində Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “Azərbaycan Vikimediaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə gənc vikipediyaçıların yay düşərgəsi keçirilib. Düşərgənin keçirilməsində məqsəd Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni gənclərin cəlb edilməsi, istifadəçilərin bacarıqlarını təkmilləşdirilməsi, yeni məqalələr yaratmaqla Azərbaycan dilində vikiməzmunun yüksəldilməsi, gənclərə milli kimlik və mədəni dəyərlərin önəminin aşılanması, onların öz mədəniyyətinə, dilinə, tarixinə və ənənələrinə bağlılığının artırılması, müasir texnologiyaların imkanlarından istifadə edərək milli vətənpərvərlik ideyalarının yayılmasıdır. Düşərgənin ilk günündə “Müasir gəncliyin formalaşmasında milli-mənəvi dəyərlərin rolu” adlı təlimin keçirilməsi buna bariz nümunədir.

Bu işə töhfəsini verən bütün fədakar könüllülərə uğurlar arzulayırıq.

***

На днях наши волонтёры создали на английском и турецком языках статьи о Карабахском Университете. Кроме того, ими были написаны и размещены в англоязычном разделе Википедии статьи о сёлах Джахангирбейли и Генлик Зангиланского района Азербайджанской Республики. Цель – предоставление зарубежному читателю объективной информации. Наряду с этим создаются новые или обогащаются уже имеющиеся важные и интересные статьи о нашей стране.  

В целом деятельность, связанная с Википедией, в нашей стране расширяется. В этом направлении предпринимаются эффективные шаги. Так, 31 июля – 4 августа 2024 года в Шекинском олимпийском спортивном комплексе при поддержке Министерства молодежи и спорта Азербайджанской Республики и по инициативе группы пользователей «Азербайджанские викимедийцы» был проведён летний лагерь молодых википедистов. Цели проведения лагеря: усиление викимедийного движения в Азербайджане, установление прочных связей и сотрудничества между активными пользователями, привлечение новых представителей молодёжи, усовершенствование навыков пользователей, повышение вики-содержания на азербайджанском языке путём создания статей, привитие молодёжи осознания значимости национальной самобытности и культурных ценностей, укрепление её приверженности своему языку, истории и традициям, распространение национально-патриотических идей с использованием возможностей современных технологий. Ярким примером этому является проведение в первый день лагеря тренинга «Роль национально-нравственных ценностей в формировании современной молодёжи».  

Мы желаем успехов всем самоотверженным волонтёрам, которые вносят свой вклад в это дело.

Cahangirbəyli

Genlik

Baba Mahmudoğlu

Azad Bey Emirov

Sevil (1970 film)

Məcid Behbudov

Karabakh University

Karabağ Üniversitesi

Nuzhe

İlham Əsgərov (rejissor)

Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "vikipediya" könüllüləri “vikipediya”nın özbək dili bölməsində Şuşa şəhərində, XVIII əsrə aid tarix-memarlıq abidəsi olan Əsəd bəyin evi haqqında məqalə yaradılıb və  Azərbaycan şairi və mütəfəkkiri, xəttat, maarifçi və pedaqoqu Mirzə Şəfi Vazehlə bağlı məqalə əsaslı şəkildə redaktə olunub.

Asadbekning uyi

Mirzo Shafi Vozeh

Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi milli mədəniyyətimizin təbliği və ictimaiyyətin bu barədə dolğun informasiya təminatını həyata keçirmək məqsədilə “Vikipedia” virtual ensiklopediyasında Türkiyə türkcəsində Azərbaycana dair səhifələrin yaradılması və mövcud olan səhifələrin təkmilləşdirilməsi istiqamətində iş aparır.

Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış azərbaycanlı tələbələrdən ibarət “Vikipediya könüllüləri” qrupu "Vikipediya"nın Türk dili bölməsində “Azerbaycan milli giyimleri” və “Azerbaycan ulusal basını” adlı məqalə yaradıblar.

Azerbaycan milli giyimleri

Azerbaycan ulusal basını

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ