Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


27/01/2021

Onlayn-konfransımızın mövzusu Şuşa

Bu gün Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə çox maraqlı tədbirin qonağı oldum. Onlayn-konfransımızın mövzusu Şuşa idi. 28 ildən sonra Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuzun azad etdiyi tarixi şəhərimiz, Qarabağın tacı olan Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Dövlət başçısı cənab İlham Əliyevin Şuşa şəhərinə səfəri isə həqiqətən də müstəqil Azərbaycan tarixində əlahiddə bir hadisədir. 
Şuşanın keçmişi kimi sabahı da gözəl olmalıdır. Bunun üçün dövlətimiz bütün lazımi tədbirləri görür və görəcək. Gün gələcək Şuşamız mədəniyyət, incəsənət, turizm mərkəzi kimi bütün dünyaya açılacaq. Hər birimiz doğma şəhərimizə gedərək, dərindən nəfəs alıb azərbaycanlı olduğumuzla fəxr edəcəyik.
Tədbiri təşkil etdiyinə görə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimovaya təşəkkür edirəm. Vaxtilə özüm də Heydər Əliyev Mərkəzində işlədiyimə görə kollektiv mənim üçün doğmadır. Ümid edirəm ki, bölgələrimizdəki mərkəzlər ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və gənc nəsilə çatdırılması işini əzmlə davam etdirəcəklər. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ