Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


01/09/2020

Arzular gerçəkləşəndə...

Əliyev Yusif dairəmizin ən yaşlı seçicilərindən biridir. Fiziki məhdudiyyətlərinin olması ona aktiv həyat tərzi sürməyə imkan vermir. Onunla may ayında tanış olmuşuq. Koronavirus pandemiyası ilə əlaqədar olaraq ərzaq yardımı göstərdiyimiz ünvanlardan biri də Yusif dayının evidir.
O vaxt bizdən xahiş etmişdi ki, onun motorlu əlil arabası ilə təmin olunmasına köməklik göstərək. Özünün arabası aşınmışdı, həm də əl ilə hərəkət edildiyindən Yusif dayını yorurdu. Bunu biz də görüb öz-özümüzə söz vermişdik ki, onun arzusunun gerçəkləşməsinə çalışacağıq.
Bakının ən mənzərəli istirahət guşələrindən biri  olan Mərkəzi park evlərinin yaxınlığındadır. Yusif dayının ilk istəyi bu idi: gücüm arabamı sürüb parka getməyə imkan vermir. Amma motorlu olsa, mən də gedib oraları görər, təmiz hava alar, gün işığına çıxardım.
Bu gün komanda üzvlərimiz Y.Əliyevin evinə sürpriz səfər edərək ona istədiyi motorlu arabanı təqdim ediblər. Yusif dayı xeyli sevinib. Biz bir-birimizə sevinci müxtəlif yollarla yaşada bilərik. Ancaq insana illərdir görmədiyi küçəyə, məhəlləyə, təmiz havaya çıxmaq, mavi səmanı, işıqlı günəşi yenidən görməyə yardım etmək tam fərqli hissdir. Bu hissi Yusif dayıya yaşatdıqlarına, bu arabanın ona çatdırılmasına köməklik göstərdiklərinə görə sosial tərəfdaşlarımıza təşəkkür edirik! 6 aya yaxındır ki, hər statusumuzu bu sözlərlə bitiririk: Biz birlikdə güclüyük! Güclüyükmü?

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ