Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


05/09/2020

Daşkənddə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi

Bu gün qardaş Özbəkistanın paytaxtı Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan beynəlxalq onlayn konfransda iştirak və çıxış etdim. Həmkarlarım Qənirə Paşayeva, Soltan Məmmədov və Məşhur Məmmədov, habelə Özbəkistanda faəliyyət göstərən ictimai qurumların liderləri, diaspora fəalları və  elm adamlarının da qatıldığı tədbirdə əsas müzakirə mövzumuz Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı, aparılan qanunsuz məskunlaşdırma, məhv edilən maddi-mənəvi irsimiz idi. Eyni zamanda, Qənirə xanımın özbək dilində nəşr olunmuş "İtirdiyim xoşbəxtlik" (Qarabağ hekayələri) kitabının təqdimatı da oldu.
Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Özbəkistanda yaşayan azərbaycanlıların həyatında faəl rol oynayır. 2010-cu il sentyabrın 27-də Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılışı olub. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın o vaxtkı Baş naziri Şavkat Mirziyayev iştirak ediblər. Mərkəz Daşkənd şəhərinin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsi 9 ünvanında yerləşir. Mərkəzdə Heydər Əliyev muzeyi, Azərbaycanın dövlətçilik və tarixi muzeyi, Azərbaycan və Özbəkistan Dostluq muzeyi fəaliyyət göstərirlər. Mərkəzin nəzdində yaradılmış kitabxana xalqlarımız arasında tarixi bağların yeni nəsilə ötürülməsi baxımından çox önəmlidir. Kitabxana həm mərkəzdə fəaliyyət göstərən dərnək və kursların iştirakçılarına, həm də Daşkənddəki azərbaycanlı və özbək oxucularına xidmət göstərir. Kitabxananın çox zəngin Azərbaycan, rus və özbək dillərində fondu var. Fond əsasən Azərbaycandan alınan kitablarla zənginləşdirilir. Bundan başqa, Azərbaycan Səfirliyinə, Mədəniyyət Mərkəzinə hədiyyə olunan kitablar da kitabxananın fonduna daxil edilir. Kitabxananın ümumi kitab fondu 4 min nüsxədən artıqdır. Artıq kitabxanada Azərbaycan bədii filmlərinin tam kolleksiyası, ölkəmizin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, adət və ənənələrinə dair sənədli filmlərdən ibarət Mediateka fondu da yaradılıb.
Qardaş Özbəkistan Türk dünyasının böyük və nüfuzlu dövlətlərindən biridir. Rəsmi Daşkənd hər zaman Azərbaycanın maraqlarına cavab verən siyasəti ilə həm dövlətimizin, həm də sıravi azərbaycanlının rəğbətini qazanıb. Eyni soykökünə, dinə, dilə malik olan xalqlarımız daima bir-birilərinin yanında olmalıdırlar!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ