Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
Parlamentin yaz sessiyasının ilk komitə iclası keçirilib
24/01/2023
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü il yaz sessiyasında ilk iclası keçirilib. İclasda müzakirəyə 22 məsələ çıxarılılıb. 2022-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub. Dünyada baş verən böhrana baxmayaraq, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkənin iqtisadi əlaqələri daha da genişlənib, iqtisadiyyatın ümumi parametrlərində artım müşahidə olunub. Komitə sədri Tahir Mirkişili bildirib ki, ötən il Ümumi Daxili Məhsul 4,6 faiz artaraq 134 milyard manatdan çox olub, qeyri-neft sektoru 9,1 faiz artaraq 70 milyard manatı keçib.
Bununla yanaşı, ölkənin kənd təsərrüfatı sahəsində məhsul istehsalı 3,4 faiz artaraq 11 milyard manatlıq göstəricini keçib və bu, ərzaq təhlükəsizliyinin təmin olunması məsələsində, habelə əhalinin məşğulluq səviyyəsinin artmasında xüsusi əhəmiyyət kəsb edən amildir. 2022-ci ildə əhalinin nominal gəlirləri 20,5 faiz artaraq 70 milyard manata çatıb.
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.