Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


11/01/2023

“Paşinyan sələflərinin yolunu davam etdirir” – Elnur Allahverdiyev – özəl

Paşinyan ziddiyyətli, bir-biri ilə uzlaşmayan bəyantlar verir. Bu baxımdan, yekun sülh sazişi imzalanmadan onun hər hansı sözünə ciddi yanaşmaq, etibar etmək əbəsdir.
Paşinyan sələflərinin yolunu davam etdirir. Onu guya Ermənistanın sülh müqaviləsini imzalamağa hazır olmasına dair açıqlamasına da mən skeptik yanaşıram. Paşinyan bildirir ki, sülh müqaviləsi imzalamağa hazırdırlar, ancaq istəyirlər ki, Bakı Xankəndi ilə münasibətləri müzakirə etsin. Yəni cənab Prezidentin milli telekanallarımıza verdiyi son müsahibədə dediyi kimi, Ermənistan istəyir ki, yekun sülh müqaviləsinə Qarabağ məsələsini də daxil etsin. Bu isə mümkün deyil, Prezident İlham Əliyev bunu dəfələrlə vurğulayıb. Qarabağda qalan etnik erməni azlığı Azərbaycan vətəndaşlarıdır, onlarla nəyi necə edəcəyimizi biz bilirik, dövlətimiz bilir. Azərbaycanın Konstitusiyası var və oradakı ermənilər də bizim ana qanunumuza riayət etməlidirlər. Xankəndi isə bizim adi şəhərlərimizdən biridir.
Odur ki, Paşinyanın dediklərinə səmimi yanaşmaq böyük riskdir. Cənab Prezident bunu nəzərə alaraq Ermənistana bir daha vaxt verdi ki, bu 2023-cü ildə ağıllarını başlarına yığsınlar. Heç bir cəhd hadisələri geriyə, 27 sentyabr 2020-ci ildən öncəyə qaytara bilməz. Biz bunu BMT Təhlükəsizlik Şurasındakı müzakirələrdə də gördük, Frankofoniya təşkilatında da gördük. Heç bir himayədarı Ermənistanı əvvəlki komfortlu mövqeyinə qaytara bilməz. Paşinyanın büqələmun sayağı gedişləri, gündə yüz fikirə düşməsi çıxış yolu deyil. Bu sadəcə Ermənistanın, erməni xalqının özünə ziyandır.

Paşinyan qalıb Qərb, Rusiya və erməni xalqının arasında. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimlərini təxirə salırlar, digər tərəfdən deyirlər Rusiyanın təkliflərini qəbul etməyə hazırıq. Fransanın əli ilə sülh danışıqlarını pozurlar, bu tərəfdən də deyirlər ki, Rusiya ilə hələ bu qədər səmimi münasibətlərdə olmamışıq. Yəni Paşinyan ora-bura vurnuxur, ortada qalan isə yenə də sadə erməni xalqıdır. Bu gedişlər sadəcə vaxt uddurmaq üçündür, bu da cəmi 3-5 gün çəkir. Ona görə də Ermənistan hakimiyyəti yaxşı olardı ki, ilk növbədə erməni xalqının maraqlarından çıxış edərdi, bu maraqlar isə deyir ki, Azərbaycanla tezliklə sülh imzalanmalıdır. Yoxsa erməni dövlətçiliyi yer üzündən silinmək, erməni xalqı da tarixi boyu olduğu kimi, dövlətsiz qalmaq təhlükəsi ilə üz-üzədir.

https://news365.az/2023/01/11/pasinyan-x%C9%99l%C9%99fl%C9%99rinin-yolunu-davam-etdirir-elnur-allahverdiyev-oz%C9%99l/

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ