Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Paşinyanın ritorikaları bu tarixədək davam edəcək

07/09/2023

Paşinyan öz-özlüyündə qeyri-sabit adamdır.Üstəgəl o həm də ermənidir. Bu məqamı gərək yaddan çıxartmayaq. Bu 2 fakt onun nə üçün bir-birinə zidd fikirlər səsləndirməsinin ən yaxşı izahıdır. Əslinə baxsan Paşinyanın siyasi sələfləri də bundan fərqli fərdlər deyildi. Bununla belə öz yalanları və ikiüzlü  çıxışları ilə Paşinyan Köçəryanı da, Sarkisyanı da geridə qoyub. Baxmayaraq ki, Ermənistanın seçim imkanları yoxdur. Siyasi mübarizə və beynəlxalq hüquq baxımından Ermənistan Azərbaycana sözün tam mənasında uduzur. Ona görə də Paşinyanın vəziyyəti sələflərinin dövrü ilə müqayisədə xeyli çətindir.

Paşinyanın durumunun ağır olmasının iki səbəbi var:

Birincisi, indi diqtə edən tərəf Azərbaycandır. İkincisi isə Emənistan siyasi və iqtisadi uçurumun kənarındadır. Paşinyan da bunun fərqindədir. Ona görə də erməni baş nazir öz aləmində siyasi manevrlər edir. Çalışır ki, bu vəziyyətdən ölkəsini daha az itki ilə çıxartsın. Lakin, Paşinyanın erməni xisləti ona doğru qərarlar verməyə imkan vermir. O bir şeyi anlamır ki, ötən hər gün Ermənistanın ziyanınadır. Xaricdən gələn səsli-küylü bəyanatlar da Ermənistanın milli maraqlarının tam əleyhinədir. Çünki, hər bir dövlətin istənilən məsələdə öz maraqları var.

Ayın 17-də İrəvanda mer seçkiləri olacaq:

Paşinyan bu seçkilərdə tərəfdarlarının uduzacağından qorxur. Ona görə də onun radikal bəyanatları daha çox daxili auditoriya üçün nəzərdə tutulub. Hesab edirəm ki, sentyabrın 17-dən sonra Paşinyanın ritorikaları xeyli səngiyəcək. Başqa yol yoxdur. Çünki, Paşinyan “Dəmir yumruğ”un dadını bir dəfə görüb. Yəqinki, ikinci dəfə bunu istəməz.


https://news365.az/elnur-allahverdiyev-pasinyanin-ritorikalari-bu-tarixedek-davam-edecek

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ