Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


29/12/2020

Prezident İlham Əliyev Qubadlı və Zəngilana səfəri

Dekabrın 23-də Qubadlı və Zəngilana səfər edən Prezident İlham Əliyev təhqir olunmuş və dağıdılmış Zəngilan məscidini ziyarət etdikdən sonra dünya birliyinə, xüsusilə, onun Azərbaycana qarşı edilən barbarlığa göz yuman qisminə müraciət etdi: “Görün mənfur düşmən məscidi nə günə salıb. Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib... Düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib. Bax, burada məscid olub, indi yoxdur, dağıdıblar”. 
Erməni faşizminin viran qoyduğu və təhqir etdiyi tarixi, mənəvi abidələrimizdən biri də Zəngilan məscididir. Zəngilan şəhərində yerləşən “İmam Hüseyn” məscidi XVII - XVIII əsrlərə aid edilir. Məscidin Səfəvilər dövründə tikilməsi ehtimal olunur. Hazırda “İmam Hüseyn” məscidi erməni vandalları tərəfindən dağıdılmış vəziyyətdərir. Onların bu tarixi abidəni yerlə yeksan etmələri bir yana, 30 ilə yaxın içində donuz saxlayıb buranı özləri üçün “ferma”ya çeviriblər. Şuşadakı XIX əsr erməni kilsəsinin üzərinə iki-üç sözün yazılmasını qlobal problemə çevirən dünya təbii ki, bu vəhşiliyi və mənəviyyatsızlığı görməzdən gəlir.
Zəngilan şəhəri Ermənistan silahlı qüvvələrindən təmizlənəndən qısa müddət sonra sosial şəbəkələrdə yerli məscidin ermənilər tərəfindən donuz fermasına çevrilməsini əks etdirən videokadrlar yayıldı. Mənəviyyat ocağı, Allahın evi hesab etdiyimiz məscidin belə təhqir olunması ürəyimiz ağrıtmaya bilərmi? Belə qeyri-insani hərəkətlər edən düşmən hərbi güclə qovulmadan vətənimizi tərk edərdimi?
Bu maddi irs abidələrinin hər biri dövlətimiz tərəfindən təmir olunacaq. Bunu dövlət başçısı cənab İlham Əliyev də Zəngilana səfəri zamanı bəyan etdi: “Əminəm ki, bu görüntülərdən sonra bizə irad tutmağa çalışan “beynəlxalq məmurlar” öz dillərini qarınlarına qoyacaqlar. Biz isə bu məscidi bərpa edəcəyik və bizim vətəndaşlar gəlib burada ibadət edəcəklər, buradan azan səsi gələcək, bu torpaqlara həyat qayıdacaq”.
Zəngilan rayonunuun ərazisində “İmam Hüseyn” məscidi ilə yanaşı bir sıra digər dini abidələr də olub və ermənilər tərəfindən vəhşiliyə məruz qalıb. Bu tarixi-dini məbədlərimiz aşağıdakılardır:
Məscid (XIX əsr) – Zəngilan kəndi;
Məscid (XIX əsr) – Malatkeşin kəndi;
Məscid (XIX əsr) – Qırıq Muşlan kəndi;
Məscid (XIX əsr) – Muşlan kəndi;
Məscid (XIX əsr) – Rəzdərə kəndi; 
Alban kilsəsi –Xanazor kəndi;
Alban kilsəsi – Yeməzli kəndi. 
Zəngilan ərazisi ziyarətgahlarlarla da zəngin olub:
Səkkizguşəli türbə (XIV əsr) – Məmmədbəyli kəndi;
Ziya Baba ocağı – Ağkənd kəndi;
Xanazur türbəsi – Bartaz kəndi;
Xanazor piri – Bartaz yaxınlığında; 
Soltan Heydər piri – Bartaz dağında; 
Günqışlaq piri – Günqışlaq kəndi;
İzzə piri – Hacıllı kəndi;
Hacallı (Hacıallı) günbəzi – Hacıallı kəndi;
Buqakar piri – Leyfaz kəndi;
Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi; 
Veysin piri – Pirveyis kəndi;
Seyid Musa ocağı – Sobu kəndi; 
Qaradağlı piri – Şəfibəyli kəndi;
Yal piri – Vejnəli kəndi;
Yel piri – Vejnəli kəndi;
Soltan ocağı – Yeməzli kəndi;
Şəhid Məhəmməd yeri – Yeməzli kəndi; 
Dəvəcüneyt piri – Zəngilan şəhəri;
Məmməd bəyin türbəsi – Məmmədbəyli kəndi.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ