Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


15/01/2021

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya səfər ediblər

Bu gün Azərbaycanın mədəniyyət beşiyi Şuşaya səfər edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dahi bəstəkar Üzeyir Hacıbəyov, musiqi korifeyimiz Bülbül və xan qızı Natəvanın büstlərinin doğma Vətənə qaytarılması prosesində iştirak ediblər. Xatırlayırsınızsa, Şuşanın işğalı nəticəsində ermənilər həmin heykəlləri dağıtmış, güllə “yağışı”na tutmuşdular. Büstlər Gürcüstan vasitəsilə alınıb, Bakıya gətirilmişdi. 
Uzun illərdir ki, Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinin bu parlaq simalarının büstləri İncəsənət muzeyinin həyətinə yerləşdirilmişdi. İndi mədəniyyət paytaxtımızın erməni işğalından azad olunması ilə onların doğma şəhərə qaytarılması prosesi reallaşıb və bu gün dövlət başçısı bu tarixi hadisədə iştirak edib. Aşağıda büstlərin həm Bakıdakı, həm də Şuşadan şəkillərini görə bilərsiniz. 
Qarabağa, onun mərkəzi Şuşaya Azərbaycan əsgəri, üçrəngli bayrağımız, dilimiz, müqəddəs əzanımızla yanaşı, mədəniyyətimiz də geri dönür. Şuşanın yenidən bütün dünyaya səs salacağı, “Qafqazın konservatoriyası” adını bərpa edəcəyi günlərə az qalıb. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır! 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ