Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


09/03/2022

Prezident parlamentin açılışındakı çıxışında Azərbaycanın inkişaf istiqamətlərini bəyan etdi

Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında qarşımızdakı vəzifə və çağırışlara dair çıxışında Azərbaycanın bir dövlət olaraq gələcək inkişafının istiqamətlərini bəyan etdi. Ötən iki ildə həyata keçirilən hərtərəfli islahatlarla Azərbaycanın yaxın illərdə gedəcəyi yolun konturları müəyyən olunub. Fikrimcə, bunlardan ən mühümü iqtisadiyyatda qeyri-neft sektorunun payının artımı yönündə görülən işlərdir ki, biz bunun nəticəsini müstəqillik dövrümüzün ən iri dövlət büdcəsində gördük. Təbii ki, bu baxımdan biz kadr siyasətini, dövlət aparatının gəncləşməsi, mühüm vəzifələrə gənc kadrların təyinatını da qeyd etməliyik. Bütün bunlar cənab Prezidentin çıxışında bəyan olunmuşdu”.

Bu sözləri altıncı çağırış Milli Məclisin iki illik fəaliyyəti ilə bağlı fikirlərini bölüşən deputat Elnur Allahverdiyev deyib.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev həmin çıxışında ayrıca olaraq Milli Məclisin, həmçinin deputatların fəaliyyəti ilə bağlı tövsiyyələrini də verdi: “Milli Məclisə seçkilərin vaxtından qabaq keçirilməsinin səbəbini dövlət başçısı reallaşdırılan islahatlar kontekstində izah edirdi. Çünki bu islahatlar dövlət idarəçiliyinin bütün spektrini əhatə etdiyi halda mütləq qanunverici orqanın fəaliyyətinə də toxunmalı idi. Məhz həmin il Vətən müharibəsinin baş verməsi, torpaqlarımızın azad olunması uğrunda mübarizəmiz bu islahatların labüd olduğunu qabarıq göstərdi”.

E.Allahverdiyev hesab edir ki, arxada qalan müddət ərzində parlament faktiki olaraq fövqəladə iş rejimində çalışıb. “Bu çağırış Milli Məclisin fəaliyyətə başlaması xatırlayırsınızsa, COVID-19 pandemiyasına təsadüf etdi. Bütün dünya kimi, Azərbaycanın da üz-üzə qaldığı qeyri-standart vəziyyət hökumətlə yanaşı parlamentin də fəaliyyətinə dəyişikliklər gətirdi. Bu dövr ərzində iqtisadiyyatın və ictimai həyatın pandemiyanın diqtə etdiyi reallıqlara uyğunlaşdırılması üçün Milli Məclisdə onlarla qanuna dəyişiklik edildi, yeni qanunlar qəbul olundu” – deyə millət vəkili vurğulayıb.

Deputatın fikrincə, altıncı çağırış Milli Məclis həm də parlament diplomatiyası istiqamətində yeni mərhələnin əsasını qoydu: “Milli Məclisdə xarici siyasət məsələləri ilə bağlı fəaliyyət göstərən komitə mövcuddur. Eyni zamanda, ayrı-ayrı dövlətlərlə dostluq qrupları fəaliyyətdədir. Bütün bunlar məcmu halda parlament diplomatiyasını təşkil edir. Ancaq bu çağırış Milli Məclisin xanım sədri Sahibə Qafarovanın rəhbərliyi ilə intensiv və məsuldar təmaslarla, xarici səfərlərlə parlament diplomatiyasının yeni mərhələsinin əsasını qoyub”. E.Allahverdiyev hesab edir ki, bu kontekstdə Milli Məclisin Vətən müharibəsi günlərində və sonrakı dövrdəki fəaliyyəti xüsusilə yaddaqalandır. “Milli Məclisin xarici siyasətlə əlaqəli bütün strukturlarının prosesə qoşulması, xarici dövlətlərin parlamentləri ilə, parlamentlərin təmsil olunduqları assambleyalarla sıx təmaslar ümumi qələbəmizə əsaslı töfhə idi. Bütün bunlar cənab Prezidentin 10 mart 2020-ci il tarixli çıxışında qanunverici orqanın qarşısında qoyulmuş vəzifələrdən irəli gəlirdi” – deyə millət vəkili bildirib. 

Qafqazinfo.az

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ