Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
11/11/2022
Prezidentin Şuşadakı bəyanatlarına dəfələrlə qulaq asıb nəticə çıxarsınlar
Paşinyanın Koçaryan və Sarkisyandan köklü fərqi yoxdur. Onların hamısı bu və ya digər formada münaqişənin tam həllinin vaxtını uzatmağa çalışıblar və çalışırlar. Əvvəlkilər hesab edirdilər ki, mövcud status-kvo qalacaq və Azərbaycan heç vaxt hərbi üstünlük əldə edib problemi müharibə yolu ilə çözməyə cəhd etməyəcək. Paşinyanın metodları fərqlidir. Ölkədə guya demokratik imic formalaşdırmaqla, bölgəyə yad, Fransa kimi dövlətləri gətirməklə nəyəsə nail olacağına ümid edir. Əvvəlkilərin siyasəti nə ilə bitdi – bütün dünya gördü. Dünya gördü, erməni xalqı isə öz üzərində hiss edir. Paşinyanın da fiaskoya uğrayacağına şübhə yoxdur. Az öncə sabiq prezidentləri Levon Ter-Petrosyan bu gedişlə Ermənistanın tezliklə bir dövlət kimi yox olacağını demişdi. Görünür, Paşinyan da əvvəlkilər kimi Ter-Petrosyana qulaq asmaq istəmir.
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.