Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


10/12/2020

Qalib Ordunun Qarabağ paradı

Qalib Ordunun Qarabağ paradı
Bu gün Mətin Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbəyə həsr olunmuş paradı keçiriləcək. Xalqımıza və dövlətimizə bu qələbəni yaşadan, 30 illik torpaq həsrəti və nisgilinə son qoyan cəsur zabit və əsgərlərimizi, onların məharətlə istifadə etdikləri modern silahları bir daha görəcəyik. Erməni işğalçılarını torpaqlarımızdan qovan Rəşadətli Ordumuza ehtiramımızı bildirəcəyik, qazilərimizə sağlamlıq diləyib, canlarını bizə görə qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyəcəyik. Allah rəhmət etsin!
Bu gün məğlub Ermənistanın döyüş meydanından qaçan hərbçilərinin qoyub getdikləri silah-sursat və texnikalar nümayiş etdiriləcək. Ermənistan ordusu tək itirilmiş canlı qüvvəsi ilə deyil, həm də sıradan çıxardığımız, yaxud qənimət götürdüyümüz silahı ilə birlikdə məhv olub. Ali Baş Komandanın dediyi kimi, Ermənistan ordusunu məhv etmişik!
Paradı Prezident cənab İlham Əliyevlə yanaşı qardaş Türkiyənin Cümhuriyyət başçısı Rəcəb Tayyib Ərdoğan da seyr edəcək. Döyüşçülərimizlə çiyin-çiyinə Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri də tribuna önündən keçib qardaş Azərbyacana dəstək və birlik mesajları verəcəklər
Bu parad Vətən müharibəsindəki qələbəmiz kimi tariximizə düşəcək. Gələcək nəsillər bu günlə fəxr edib qəhrəman oğullarımızdan nümunə götürəcəklər. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Yaşasın Ali Baş Komandanlarımız! Qarabağ Azərbaycandır!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ