Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


29/11/2020

Ağdamın "İmarət"i

Qarabağ xanlarının bizə yadigar qoyduqları tarixi abidələrdən biri də Ağdam şəhərinin mərkəzində yerləşən İmarətdir. Kiçik saray olan İmarətin tarixi və mənəvi əhəmiyyəti ondan ibarətdir ki, burada Qarabağ xanlarının məzarları yerləşir. Bu baxımdan, İmarəti bir çox hallarda xanların məzarlığı və ya Pənahəli xanla İbrahimxəlil xanın mavzoleyi da adlandırırlar. Burada adları aşağıda qeyd olunan xan nəslinin nümayəndələri dəfn olunublar:
- Pənahəli xan 1763-ci il;
- İbrahimxəlil xan 1806-cı il;
- Mehdiqulu xan Cavanşir 1845-ci il;
- Cəfərqulu xan Nəva 1867-ci il;
- Gövhər ağa 1888-ci il;
- Xurşidbanu Natəvan 1897-ci il;
- Xanbikə xanım 1921-ci il.
“İmarət”sözünün mənası “böyük və qəşəng bina”, “ev”, “mülk”, “tikili”dir. Xanlar bu iqamətgahdan əsas etibarilə qış aylarında istifadə ediblər. Ancaq onların nəsil məzarlığının burada olması Ağdamın Qarabağın tarixində hansı rol oynadığını və xanlar üçün hansı əhəmiyyətə malik olduğunun göstəricisidir. 
İmarətin hər bir ağdamlının qəlbində özünəməxsus simvolik yeri var. Azərbaycan futbolunun incisi “Qarabağ” komandasının stadionu “İmarət” adlanıb və xanların məzarlığına bitişik ərazidə yerləşib. Yeri  gəlmişkən, bu ərazidə vaxtilə Qarabağ xanlarının cıdır meydanı olub. “Qarabağ” futbol klubunun azarkeş qruplarından birinin adı “İmarət”dir. Birinci Qarabağ savaşının ən aktiv dövründə milli çempionatın oyunlarını klub bu stadionda keçirib, oyunlar zamanı şəhərə dəfələrlə mərmilər düşüb. Futboldan söz düşmüşkən, Milli qəhrəman Allahverdi Bağırov komandanın əfsanəvi kapitanı və baş məşqçisi olub. 
Xatırlayırsınızsa, Ağdam şəhərinin yaxınlığında Pənahəli xanın tikdirdiyi Şahublaq qalası barədə statusumuz olmuşdu. İmarət də Şahbulaq qalası, Şuşa qalası kimi Qarabağ xanlarının tariximizə bəxş etdikləri maddi-mədəniyyət abidəsidir. Pənahəli xanın məzarı İmarətdə yerləşən türbədədir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbələrin önündə həmçinin, Xurşidbanu Natəvanın büstü qoyulub.
Şəkillərdən birində göründüyü kimi, erməni vəhşiliyinin təcəssümü – Ağdamın xarabalıqlarında həmin türbələr və İmarətin bir hissəsi görünür. Açığı, həmin tarixi abidələrin hansı möcüzə nəticəsində tam dağıdılmaması çox maraqlıdır. Erməni xisləti və saxtakarlığından çıxış edərək deyə bilərik ki, ola bilsin, onları da nə vaxtsa saxtalaşdırıb özlərinə məxsusluğunu nümayiş etdirəcəkdilər. Necə ki, 18-ci əsrin tikilisi olan Şahbulaq qalasının eradan əvvəl 1-ci əsrdə yaşayan mifik erməni çarı Tiqranın “saldığı şəhər” olması barədə absurd hipotezalarla çıxış edirdilər. 
Azərbaycanın Müzəffər Ordusunun zərbələri qarşısında tab gətirməyib məğlub olan ermənilərdən təmizlənmiş Ağdam hazırda bizimdir. Ağdamla birlikdə onlarla tarixi abidələrimiz də bizə qayıdıb. Tariximizi unutmayaq! İmarət Azərbaycandır! Ağdam Azərbaycandır! Qarabağ Azərbaycandır! 
Şahbulaq qalası ilə bağla 3 dildə paylaşdığımız materialla aşağıdakı keçidlər vasitəsi ilə tanış ola bilərsiniz:

Azərbaycan 

English 

Русский 



Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ