Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


20/11/2021

Qarakənd Faciəsi

Qarabağda erməni separatizmi özünü etiraz aksiyalarından sonra terrorla biruzə verməyə başladı. Əvvəl avtobuslarda və sərnişin qatarlarında partlayışlar törədildi, sonra birbaşa olaraq azərbaycanlı əhaliyə qarşı açıq və qəddar terror siyasətinə start verildi. Əslində, hələ SSRİ dövründə Ermənistanın Yaxın Şərqdə fəaliyyət göstərən erməni terror təşkilatları ilə sıx əlaqələri var idi. Terror erməni siyasi təşkilatlarının hər birinin fəaliyyət dəst-xəttində açıq və ya gizli şəkildə müşayət olunur. Bunu "Daşnaksütyun" partiyasına münasibətdə xüsusilə qeyd etmək lazımdır. Azərbaycanlı əhaliyə qarşı divan tutulmasında da daşnaklar ön sırada olublar. Qarabağda aqressiv separatizm hərəkatının əsas üzvlərindən sayılan və sonralar Ermənistanın prezidenti olmuş Robert Köçəryan hətta sovet hərbçilərini belə qorxutmaq üçün terrora əl atdıqlarını gizlətmədən öz kitabında yazır. 
Qarabağda ən qəddar terror əməllərindən biri 1991-ci ilin 20 noyabrında törədilib. İçində müstəqil Azərbaycanın dövlət adamları və KİV nümayəndələri, Qazaxıstanın daxili işlər nazirinin müavini olan helikopter Qarabağ səmasında, Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulub. Helikopterdə olanların hamısı həlak olub. Bu terror əməli Azərbaycanın müstəqillik tarixində xalqımıza qarşı törədilmiş ən faciəvi cinayətlərdən biridir. 
Unutmadıq. Unutmayacağıq! Allah rəhmət etsin!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ