Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


21/11/2020

Qarabağımızın bərpasına başlayırıq

“Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesinin hərbi mərhələsi parlaq qələbəmizlə başa çatdı. Ermənistan ordusu darmadağın edildi, Silahlı Qüvvələrimiz döyüş meydanında rəşadət göstərib, tarix yazdı. İkinci Qarabağ savaşı hərb tarixində yeni mərhələ – 5-ci nəsil müharibəni dünyaya nümayiş etdirdi. Torpaqlarımızın əhəmiyyətli hissəsi qəhrəman əsgərimizin qanı və canı bahasına Vətənə qovuşdu. Erməni separatçıları artıq Ağdamı tərk ediblər, Kəlbəcər və Laçından da çıxırlar”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Millət Vəkili Azərbaycan ordusunun Qarabağda qazandığı parlaq qələbən danışıb: ““Dağlıq Qarabağ Respublikasının müstəqilliyi” avantürası iflasa uğradı. Ermənistanın aldığı ağır zərbələrdən yaxın perspektivdə özünə gələcəyi çox çətin görünür, iqtisadi sıxıntılar, COVİD-19 pandemiyası şəraitində yaşanmış bu hərbi-siyasi məğlubiyyət erməni cəmiyyəti üçün uzun müddət dərin mənəvi-psixoloji böhrana səbəb olacaq.


İndi Qarabağımızın Ana Vətənə qayıdışı prosesində yeni mərhələyə - iqtisadi bərpa dövrünə qədəm qoyuruq. Azərbaycan hərbi qüdrətinin ardınca, iqtisadi gücünü də nümayiş etdirməlidir. Bunun üçün dövlətimizin tələb olunan möhkəm iqtisadi “rıçaq”ları, maliyyə imkanları, kadr potensialı, reallaşdırılacaq layihələri və ən əsası dəmir əzmi mövcuddur. Azərbaycanın özünün iqtisadi gücünü işğaldan azad edilmiş torpaqlarımızda göstərməsi nəyə görə vacibdir? İkinci Qarabağ Savaşındakı şanlı qələbəmizin açarı son 27 ildə əldə etdiyimiz iqtisadi uğurlardadır. Həyata keçirilmiş effektiv iqtisadi islahatlar, uğurla reallaşdırılmış neft-qaz strategiyası, qazanılmış hər bir iqtisadi nailiyyətin başlıca amalı işğal altında olan yurdumuzun düşmən tapdağından azad olunmasına hesablanmışdı. Güclü ordu, savadlı və peşəkar hərbi kadrlar, ən müasir silah-sürsat, ərsəyə gəlmiş yeni nəsil diplomatlarımız – bunların hamısına ilk növbədə möhkəm əsaslı, çevik, işlək iqtisadi mexanizm hesabına nail olmuşuq.

Bugünkü hərbi-siyasi uğurlarımız göstərir və sübut edir ki, 27 il əvvəl ümummi lider Heydər Əliyevin elan etdiyi və əsasını qoyduğu inkişaf modeli alternativsiz uğur düsturudur! Bu xətti davam etdirən və ölkə iqtisadiyyatını daha da zənginləşdirən Prezident cənab İlham Əliyev torpaqlarımızın azad olunmasına nail oldu, indi isə növbədə yaşayış məskənlərimizdə normal həyatın təmin edilməsidir. Beləliklə, iqtisadi və maliyyə potensialımızdan diplomatik müstəviyə keçmiş Qarabağ nizamlamasında necə yararlanacağıq?

1. İnfrastrukturun bərpası. Şübhəsiz ki, ilk növbədə doğma evlərinə dönəcək əhalinin yaşayışı üçün tələb olunan bütün lazımi şərait yaradılacaq. Evlər, məktəblər, istehsal sahələrindən tutmuş, elektrik, su, qazla təchizadadək. Qarabağ yaxın illərdə Azərbaycanın ən müasir və yeni infrastrukturuna malik bölgəsi olacaq. Biz bu torpaqların gerçək sahibləri olduğumuzu sübut edəcəyik. Göstərəcəyik ki, Qarabağın əsil sakinləri onu 30 ildir talan edən və viran qoyan, işğal edilmiş kənd və şəhərlərimizdən oğurladıqları tikinti materialları ilə Xankəndimizdə 3-5 bina tikən, vəsf edilən diasporalarının ianələri ilə Laçında, Kəlbəcərdə tək-tük qəsəbələr salıb oralara Livandan, Suriyadan soydaşlarını köçürən ermənilər deyil, bizik. Bunu bütün dünyaya nümayiş etdirəcəyik!

2. Tikəcəyimiz iqtisadi infrastruktur – zavodlar, fabriklər, fermer təsərrüfatları, salacağımız bağlar, əkin sahələri milli iqtisadiyyatımıza böyük həcmli gəlirlər gətirəcək və əhalimizin məşğulluq probleminin həllində başlıca rol oynayacaq. Avtomobil və dəmir yolları şəbəkəsi bölgənin paytaxt Bakı ilə əlaqəsini gücləndirəcək, burada xüsusilə yüksək məhsuldar torpaqlardan becərilmiş kənd təsərrüfatı məhsulları Azərbaycanın ixracat potensialına güc qatacaq. İqtisadiyyatımız böyüyəcək.

3. Qarabağın zəngin turizm potensialı, gözəl təbiətinin onun dünyada Azərbaycanın bir parçası olması istiqamətində təbliğati prosesdə ciddi əhəmiyyəti var. Çox güman ki, bu ərazilərdə həyatın normal məcraya dönməsi ilə dövlətin ən çox diqqət verəcəyi və yatırım edəcəyi sahə turizm olacaq. Təmiz havası, zəngin təbiəti, müalicəvi bulaqları və təbii ki, tarixi abidələri Qarabağda turizmin vizit kartı olacaq. Yeri gəlmişkən, biz dünyaya sübut və nümayiş edəcəyik ki, Qarabağın tarixi irsi biz azərbaycanlılara məxsusdur və böyüklərimizin mirasıdır. Torpaqlarımızı tərk edəcəklərini görən ermənilər ortaya xristian məbədlər və kilsələr məsələsini atmaqla beynəlxalq ictimaiyyətə problemi dini bucaqdan göstərmək istəyir. Ancaq biz necə ki, bütün ölkəmiz boyu olan xristian məbədlərini bərpa etmişik, Qarabağda da alban tarixinin yadigarları olan monastırları və kilsələri restavrasiya edib yeni nəsillərə ötürəcəyik.

4. Qarabağın mədəniyyət beşiyi, Şuşanın “Qafqazın konservatoriyası” olduğunu unutmamalı, dərin mədəni irsimizi, musiqimizi və incəsənətimizi inkişaf etdirməliyik və bu istiqamətdə iqtisadi imkanlarımız mühüm rol oynayacaq. Qarşımızda son iki əsrdə olmayan qədər böyük perspektivlər var. Mədəniyyətimizlə Qarabağın bizə məxsusluğunu sübut etməliyik. İndi bu istiqamətdə bizə heç kim maneə ola bilməz, biz nə ittifaq subyektiyik, nə də kimlərisə incitməmək kimi lüksumuz yoxdur. Biz müstəqil Azərbaycanıq! Qarabağ Azərbaycandır!”.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ