Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


18/12/2020

Qarabağın hər güşəsi tarixdir

Qarabağın hər güşəsi tarixdir. Mağaraları, sarayları, türbələri, məscidləri, monastırları ilə. Ermənilər tək insanlarımızı deyil, dədə-babalarımızdan yadigar qalan abidələrimizi də qətl ediblər. İstəyiblər bu torpaqlarda türk izi, türk ruhu olan nə varsa, dağıtsınlar, yer üzündən silsinlər, buraların “ermənilərə aid olduğunu” dünyaya göstərsinlər, bu yurdun qəlbini ona yad olan yeni, gənc nəsil ermənilərə isitsinlər. Hansısa abidəni dağıtmaq olar, amma tarixi irsi məhv etmək mümkün deyil!
Qarabağımızın maddi-mədəniyyət abidələri ilə ən zəngin bölgələrindən biri Füzulidir. Türbələr, məscidlər, karvansaralar, daş fiqurlar və… Və erməni vandalizminin qurbanı olmuş məscidlər. Onlardan birinə xalq dilində Qarğabazar və yaxud Şah Abbas məscidi deyərdilər. Məscid Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. Bu ibadətgahın elmi ədəbiyyatda adı Hacı Qiyasəddin məscididir. Məbədin qapı çatı üzərindəki kitabədə yazılıb: “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib, hicri təqvim ilə 1095”. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə tikilib. Onunla eyni dövrdə tikilən karvansara isə həmin təpənin cənubunda yerləşir. Həm karvansara, həm də məscidi güman ki, eyni şəxs tikib. Çünki konstruksiyanın memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən inşa edildiyini söyləməyə imkan verir.
Qarğabazar kəndi 20 oktyabr 2020-ci ildə Müzəffər Ordumuz tərəfindən azad olunub. Zəngin tarixi var. Orta əsrlərlə bağlı qaynaqlarda kəndin adı Qarğabazarı yazılıb. Bu kəndin adına Osmanlı qaynaqlarında da rast gəlinir. Qarğabazar kəndi İbrahimxəlil xanın böyük oğlu Məmmədhəsən ağa Cavanşirin idarəçiliyində olub. Sonra kəndi oğlu Cəfərqulu xan idarə edib. Kəndin adının mənşəyi ilə bağlı bir çox rəvayətlər və fikirlər söylənilir. Deyilənə görə, burada böyük səs-küylü bir bazar olub. Bu səbəbdən tacirlər kəndin adını “Qarğalıbazar” adlandırıblar. Bakı Dövlət Universitetinin professoru, tarixçi alim İbrahim Zeynalovun fikrincə, əslində, kəndin adının Qarqar tayfaları ilə əlaqələndirilməsi daha düzgün variantdır.
Füzulinin daha bir tarixi məbədi Hacı Ələkbər məscididir. Füzuli şəhərinin mərkəzindəki "keçəllər" məhəlləsində yerləşir. O vaxtların nüfuzlu  şəxsiyyəti sayılan Hacı Ələkbər bəy tərəfindən 1889-cu ildə tikdirilib. Memarı Kərbəlayı Səfixan Qarabağidir. Deyilənə görə, Hacı Ələkbər bəy Nəsirbəyov bu məscidin içində, ibadət zalının sol tərəfində dəfn olunub.
Şübhə yoxdur ki, dövlətimiz Qarabağdakı hər bir tarixi abidə kimi, bu məscidləri də bərpa edəcək. Bütün dini məbədlərimiz xalqın üzünə açılacaq, məscidlərdən azan səsi gələcək. Tariximizi qoruyaq və unutmayaq. Füzuli Azərbaycandır! Qarabağ Azərbaycandır! 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ