Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
03/02/2021
“Qazançı” kilsəsi
Şuşanın xristian məbədləri – “Qazançı” kilsəsi
Qarabağın çoxsaylı xristian məbədlərinin Alban tarixi irsinə aid olduğu sirr deyil. Bunu təsdiqləyən çoxsaylı tarixi faktlar mövcuddur. Günümüzə gəlib çatmış yazılı materiallar, məbədlərin memarlıq quruluşu, daxili və xarici divarlarında olan, ancaq təəssüf ki, ermənilər tərəfindən silinən, saxtalaşdırılan yazılar bu abidələrin kimlərə məxsusluğunu göstərir. Onlardan ən çox müzakirə olunan ikisi – Gəncəsər və Xudavəng məbədləri alban knyazı Həsən Cəlal və ailəsi, konkret olaraq anası Arzu xatun tərəfindən tikdiriliblər. Erməni tarixində isə Həsən Cəlal adlı şəxs yoxdur, ümumiyyətlə, onun erməni olduğunu iddia etmək professional tarixçilərdə istehza doğurur.
Alban abidələri ilə hər şey məlumdur, ancaq Qarabağın 30 illik işğalının daha bir qaranlıq səhifəsi var – rus pravoslav kilsələri. Onların əsası Qarabağ xanlığının Rusiya imperiyasının nəzarətinə keçdiyi tarixdən qoyulmağa başlayıb. Aydındır ki, harada insan var, orada onun bir ibadədgahı olmalıdır. Rusların hərbi hissələrinin Qarabağda yerləşməsi, onların da özlərinə kilsə tikmələri üçün əsas idi. Şəhərdə “rus kilsəsi”nin tarixi barədə şuşalılar yaxşı məlumatlıdırlar. Ermənilərin rus məbədlərinin quruluşunu savadzıcasına və hərisliklə dəyişdirmələrinə baxmayaraq, tarixi silmək mümkün deyil.
Bu yaxınlarda ermənilərin teleqram kanallarından birində 1955-ci ilə aid 3 ağ-qara şəkil paylaşılıb. Kanalın administratoru göstərilən ildə Şuşada ermənilərin azərbaycanlılardan çox olmasına dair cəfəng nağıllar uydurarkən nümayiş etdirdiyi şəkillərin ciddi tarixi saxtalaşdırmanın üstünü aça biləcəyini düşünməyib. Söhbət nədən gedir? Şəkillərdən birində dünyaya erməni dini məbədi “Kazançesots” (Qazançı) kimi təqdim olunan kilsə görünür. Kilsənin pravoslav tərzdə tikildiyini sezmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Bu şəkilə baxıb kilsəni indiki vəziyyəti ilə müqayisə etdikdə adamı belə bir sual düşündürür: tikilinin arxitekturasını dəyişməkdə məqsəd nədir?
Beynəlxalq Memarlar Akademiyasının professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov hesab edir ki, ermənilərin kilsəni guya 1772-ci ildə Naxçıvandakı Qazançı kəndindən köçən soydaşlarının tikdikləri barədə iddiası tarixi yalandır. Əgər bu belədirsə, onun memarlıq üslubu erməni kilsə memarlığından niyə fərqlənir? Əslində kilsənin əsasını 1806-cı ildə rus hərbçilər qoyublar, özü də Şuşadakı yerli divanxananın binasının əsasında. F.İsmayılovun məlumatına görə, rus hərbçiləri əvvəl divanxana binasına zəng asıblar, sonra yanında zəng qülləsini tikiblər. Zaman-zaman binanın quruluşu da pravoslav kilsə quruluşuna doğru dəyişdirilib. Ekspertin sözlərinə görə, rus pravoslav kilsəsinin 1887-ci ildə inşa olunmasına dair arxiv sənədləri mövcuddur. Bu yerdə bir xatırlatma da edək ki, ermənilər “Qazançı” kilsəsinin əsasının 1858-ci ildə “başqa kilsənin üzərində” qoyulduğunu, 1868-87-ci illərdə tam inşa edildiyini də bildirirlər. Bunun üçün Vikipediyaya baxmaq kifayətdir.
1930-cu illərdən Qarabağdakı kilsələr anbarlar kimi istifadə edilib, təmir görməyib və dağıdılıb. Odur ki, ermənilərin işğaldan sonra onların memarlığında və daxilində dəyişiklik etmələri üçün şərait yaranıb. Erməni qriqorian kilsəsinin başçısı II Vazgenin yalnız 1989-cu ildə Qarabağdakı kilsələrə arxiyepiskop təyin etməsi faktı çox mətləbdən xəbər verir. Yeri gəlmişkən, II Vazgenin təyin etdiyi Parqev Martirosyan I Qarabağ savaşında əlində silah dinc azərbaycanlılara qarşı törədilən vəhşiliklərin iştirakçısı olub. Vətən müharibəsi nəticəsində Şuşa azad edildikdən sonra Ermənistana qaçıb və tutduğu vəzifədən azad olunub.
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.