Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


05/11/2022

Qəhrəmanlıq Salnaməsi

Qarşıdan müasir tariximizin ən parlaq bayramı - Zəfər Günü gəlir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mətin ordumuzun qazandığı qələbə müstəqil dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcı oldu. Şəhidlərimizin qanı, qazilərimizin canı ilə qazanılan bu Zəfəri hər il təntənə ilə qeyd edəcəyik.

Bayram tədbirləri rayonumuzda da keçirilir. Dünən 8 noyabr Zəfər Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, YAP Yasamal rayon təşkilatının və Yasamal Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində «Qəhrəmanlıq Salnaməsi» adlı təntənəli tədbir keçirildi. Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, dövlət rəsmiləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ali məktəb rektorları, bələdiyyə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbirdə Dövlət Himni səsləndirildi, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi, xalqımızın qazandığı qələbə ətrafında çıxışlar oldu.

Yaşasın müstəqil və qalib Azərbaycan!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ