Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


26/09/2023

“Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi müzakirə olunub

Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsini birinci oxunuşda müzakirə etdik. Komitə sədri Tahir Mirkişili “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi barədə məlumat verərək bazar iqtisadiyyatı şəraitində qiymətləndirmə fəaliyyətinin təşkilinin, qiymətin funksiyasının, qiymətləndirilmənin verdiyi dəyərin əhəmiyyətindən, dövlət mükliyyətinin özəlləşdirilməsi, bazar iqtisadiyyatının formalaşdırılmasının vacibliyindən bəhs edib. Ölkəmizdə ilk dəfə 1998-ci ildə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun qəbul edilib. Bu sənəd o dövr üçün bu sahədə münasibətlərin tənzimlənməsi baxımından mütərəqqi qanun olub. Ötən müddət ərzində bu sahədə bəzi boşluqların yaranıb və yeni bir qanuna ehtiyac duyulur. 

Komitə sədri Azərbaycanda ictimai sektorun bu istiqamətdə fəallığının artırılması, habelə Qiymətləndiricilər Palatasının formalaşdırılması ilə bağlı, digər bir sıra yeniliklərin layihədə öz əksini tapdığını bildirib. O, daşınar və daşınmaz əmlakın alqı-satqısı, girov qoyulması, sığorta, vergi, vərəsəlik məsələlərində qiymətləndirmədən geniş istifadə oldunduğunu, düzgün qiymətləndirmənin aparılmasının və bu istiqamətdə haqlı rəqabətin inkişaf etməsinin qarşıda duran əsas məsələlərdən olduğunu qeyd edib. Ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunan qanun layihəsinin qəbulu bu sahədə yeni mərhələdə qiymətləndiricilərin fəaliyyətinin tənzimlənməsi, onların məsuliyyətinin müəyyən edilməsi, digər məsələlərin həllinə imkan yaradacaq.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ