Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


23/03/2024

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi tərəfindən sənədi Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə xanım Qafarova, Parlamentlərarası İttifaq tərəfdən isə qurumun baş katibi Martin Çunqonq imzalayıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi parlament diplomatiyasının genişlənməsində, həmçinin Qoşulmama Hərəkatına üzv olan ölkələrin qanunvericilik orqanları arasında əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq isə bu istiqamətdə fəaliyyətin şaxələndirilməsinə xidmət edəcək.
İmzalanmış memorandum bu iki qurum arasında əlaqələrin genişlənməsinə, parlament diplomatiyası çərçivəsində ümumi maraq kəsb edən məsələlər üzrə qarşılıqlı əməkdaşlığın inkişafına imkan yaradır.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ