Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


02/02/2024

Sahibə Qafarova Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədrini qəbul edib

Fevralın 1-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycana rəsmi səfərə gələn Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğu, bu dövr ərzində əlaqələrimizin bir sıra istiqamətlər üzrə inkişaf etdiyi qeyd olunaraq, münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin və müntəzəm təmasların rolu vurğulanıb, həmçinin ikitərəfli gündəliyin müxtəlif sahələrini əhatə edən mövcud hüquqi bazanın ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb.

Milli Məclisin sədri Sahibə xanım Qafarova Ermənistanın və onun havadarlarının “etnik təmizləmə”, “Azərbaycanın yeni müharibə istəyi” adı altında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş hərəkətlərini və ölkəmizə qarşı yalan kampaniyasını pisləyərək, diqqətə çatdırıb ki, Avropa Şurası Parlament Assambleyasında baş verən son proseslər də ölkəmizə qarşı yalan kampaniyasının tərkib hissəsidir. AŞPA dialoq və əməkdaşlıq platforması olmalıdır. Halbuki AŞPA-da ciddi ikili standartlar müşahidə olunur.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ