Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


22/06/2023

Sahibə Qafarova Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 22-də ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb. Milli Məclisin sədri Azərbaycanda və regionda mövcud olan vəziyyət barədə qonaqlara geniş məlumat verib. Qeyd olunub ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıb. Ölkəmiz bu illər ərzində dünyada mövcud olan ikili standartlardan əziyyət çəkib, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması, torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri icra olunmayıb. 2020-ci ildə isə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Bildirilib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə işğal dövründə dağıdılmış bütün infrastrukturu, şəhərləri, kəndləri yenidən tikir, bərpa edir. 

Çex Respublikası Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yan Kubik Azərbaycana, o cümlədən, işğaldan azad olunmuş Ağdam rayonuna səfərləri, keçirdiyi görüşlərlə bağlı təəssüratlarını bölüşüb. O, ölkələrimiz haqqında həqiqətlərin, məlumatların ictimaiyyətə doğru çatdırılması, parlamentlərimiz arasında əlaqələrin genişləndirilməsi baxımından bu cür səfərlərin önəmini qeyd edib.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ