Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


02/12/2023

Sahibə Qafarova Çexiya Parlamenti Senatının sədri ilə görüşüb

Çex Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Çexiya Parlamenti Senatının sədri Miloş Vıstrçil ilə görüşüb. Senatın sədri ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi baxımından parlamentlərarası münasibətlərin önəmini qeyd edib. O deyib ki, münasibətlərimiz funksional və tarazlaşdırılmış münasibətlərdir. Azərbaycan Çex Respublikası üçün dost ölkədir.

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova həmçinin Çex Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Yan Lipavski ilə görüşüb. Yan Lipavski ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək deyib ki, iki ölkə arasında hər hansı açıq mövzu yoxdur. O, iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı danışarkən ölkəsinin enerji təchizatında Azərbaycanın mühüm rolunu diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan nefti Çexiyanın istehlakının mühüm hissəsini təşkil edir. Xarici işlər naziri bu sahədə əməkdaşlığı daha da genişləndirmək niyyətlərini bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova hər iki görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və görüşlərin, siyasi məsləhətləşmələrin intensivləşməsinin vacib rol oynadığını qeyd edib. Bu baxımdan, dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər əlaqələrin daha da inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ