Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


15/04/2023

Sahibə Qafarova MDB PA-nın plenar iclasında Ermənistanın hərbi-siyasi təxribatları barədə danışıb

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasının yekunlarına həsr olunmuş brifinqdə Ermənistan parlamentinin  sədri Alen Simonyan növbəti dəfə ölkəmiz haqqında yalan və əsassız iddialarla çıxış edib. Milli Məclisin sədri Sahibə xanım Qafarova erməni spikerin arqumentsiz çıxışına tutarlı faktlarla cavab verib.  

Milli Məclisin sədri bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı zamanı meşələrimizi və qoruqlarımızı məhv edən, təbii sərvətlərimizi qanunsuz istismar edən, torpaq və çayları çirkləndirən bir ölkənin nümayəndəsi kimi Ermənistan parlamenti sədrinin Azərbaycanın suveren ərazilərində hər hansı "ekoloji narahatlıqlar" barədə danışmağa mənəvi haqqı yoxdur və absurddur. Ermənistan tərəfi nədənsə Beynəlxalq Məhkəmənin əsassız saydığı və bu ölkənin Azərbaycan hökuməti tərəfindən Laçın yolunda etirazların təşkili və dəstəklənməsinə dair, eləcə də Ermənistandan təbii qaz tədarükünün və digər ictimai xidmətlərin göstərilməsinin dayandırılması ilə bağlı iddialarını tamamilə rədd etdiyi barədə susur. Məhkəmənin qərarı, həmçinin Laçın yolundan qeyri-qanuni hərbi və iqtisadi məqsədlər üçün istifadənin yolverilməzliyi ilə bağlı Azərbaycanın mövqeyi ilə də uyğundur.

Azərbaycanın erməni vətəndaşlarına qarşı hansısa “terror” iddialarının absurdluğu ondan ibarətdir ki, bu iddialar 30 illik işğal dövründə etnik təmizləmə və kütləvi qətllər törətmiş, 1 milyona yaxın azərbaycanlını öz doğma yurdlarından zorla qovaraq, Azərbaycana məxsus bütün tarixi və dini abidələri vəhşicəsinə məhv edən bir ölkənin nümayəndəsi tərəfindən irəli sürülür. 

Sahibə xanım Qafarova həmçinin vurğulayıb ki, Azərbaycanın Ermənistanın suveren ərazisini işğal etməsi ilə bağlı iddialar tamamilə əsassızdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini 30 il işğal altında saxlamış və Qazax rayonunun 7 kəndini və Naxçıvan Muxtar Respublikasının Kərki kəndini hələ də işğal altında saxlayan ölkə olaraq Ermənistan danışıqlar masasına qayıtmalı və sülh müqaviləsi, eləcə də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzərində işi davam etdirməlidir

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ