Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
24/11/2022
Sahibə Qafarova Mərakeş Nümayəndələr Palatasının sədri ilə görüşüb
ASEAN Parlamentlərarası Assambleyasının 43-cü Baş Assambleyasında iştirak etmək məqsədilə Kamboca Krallığında səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb. Cənab El Alami iyul ayında Bakıda keçirilən Qoşulmama Hərəkatının Parlamentlərarası Şəbəkəsinin birinci konfransında iştirak edib.
Milli Məclisin sədri Sahibə Qafarova həmin konfrans çərçivəsində Raşid Talbi El Alami ilə görüşünü məmnunluqla xatırlayıb. O, Mərakeşin Parlament Şəbəkəsinin həm 2021-ci ildə Madriddə keçirilən təsis iclasında, həm də Bakıda baş tutan ilk konfransında təmsil olunmasından razılığını ifadə edib.
Mərakeş Azərbaycana dost dövlətdir. Mərakeş parlamenti ilə Milli Məclis arasında həm birbaşa, həm də müxtəlif beynəlxalq platformalarda, misal üçün, Qoşulmama Hərəkatı müstəvisində sıx əməkdaşlığımız var. Az öncə Frankofoniya sammitində müzakirəyə çıxarılmış ermənipərəst, Azərbaycana qarşı qərəzli qətnamənin bu formada qəbulunun qarşısını alan 5 müttəfiq və dost ölkədən biri məhz Mərakeş olub.
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.