Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


24/03/2024

Sahibə Qafarova Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında çıxış edib

Milli Məclisin sədri və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında "Parlament diplomatiyası: sülh və qarşılıqlı anlaşma üçün körpülərin salınması" mövzusunda çıxış edib. Sahibə Qafarova sülh, təhlükəsizlik və qarşılıqlı anlaşma məsələsinin qurumun 2024-cü il üçün strateji siyasət istiqaməti və müzakirələrin mövzusu kimi seçilməsinin önəmini vurğulayaraq, bildirib ki, sülh və qarşılıqlı anlaşma məsələsi böyük əhəmiyyət qazanaraq həlledici bir amilə çevrilib. Daha yaxşı bir dünyaya olan ümidlərimiz sülh və qarşılıqlı anlaşma ilə sıx bağlıdır.
Milli Məclisin sədri parlament diplomatiyasının artan əhəmiyyətinə toxunaraq deyib ki, parlament diplomatiyası qlobal problemlərin həllində çoxtərəfliliyin  və beynəlxalq əməkdaşlığın qorunub saxlanılmasının hər zamankındən daha vacib olduğu mövcud beynəlxalq çətinliklər kontekstində ölkələrarası əlaqələrdə mühüm amilə çevrilib. Onun sözlərinə görə, daha geniş bir perspektivdən baxılmalı olan sülh və təhlükəsizlik problemlərinə qarşı parlamentləri təkbaşına bir vasitə kimi görmək həddindən artıq nikbinlik olardı. Lakin dialoqun sülh üçün əsas tələb olması konsepsiyasını nəzərə alsaq, parlamentlər  sülhə və qarşılıqlı anlaşmaya körpü salmaq üçün effektiv əlavə mənbəyə çevrilirlər. Xalqın nümayəndələri olaraq parlamentlər etimad, təhlükəsizlik və sülh içində dinc birgə yaşamaq kimi məsələlərin həllinə mühüm töhfələr verə bilərlər.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ