Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


05/09/2023

Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisin sədri qonaqları Slovakiya Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə təbrik edib, Azərbaycanla  Slovakiya arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb, iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini, əlaqələrin bundan sonra da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.  

Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Slovakiya arasında əlaqələrin müsbət dinamikasından məmnunluğunu ifadə edən spiker, Milli Məclisin yaz sessiyasının sonuncu  plenar iclasında ölkəmizin Slovakiya Respublikasında səfirliyinin təsis olunması haqqında qanun layihəsinin qəbul edildiyini diqqətə çatdırıb. S.Qafarova səfirliyin açılmasının ikitərəfli münasibətlərin dərinləşməsinə müsbət töhfələr verəcəyinə əminliyini ifadə edib.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ