Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


30/11/2023

Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Almaniyada rəsmi səfərdədir

Milli Məclisin sədri Sahibə xanım Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətimizlə birlikdə Almaniya Federativ Respublikasında rəsmi səfərdəyik. Səfər çərçivəsində  Milli Məclisin sədri Sahibə Qafarova paytaxt Berlində yerləşən "Gallery Berlin"də təşkil olunan "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəni irsi" adlı fotosərgi ilə tanış olub.

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində olub. Azərbaycan parlamentinin spikeri burada Azərbaycan-Almaniya Forumunun üzvləri ilə görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. 

Sahibə xanım Qafarova həmçinin Berlində Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Johann David Vadephul ilə görüşüb. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafında qanunverici orqanların birgə işinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb, parlamentarilər, o cümlədən dostluq qrupları arasında təmasların artırılmasının önəmi diqqətə çatdırılıb.

Daha ətraflı:

https://meclis.gov.az/news.php?id=5196&lang=az


https://meclis.gov.az/news.php?id=5197&lang=az


https://meclis.gov.az/news.php?id=5198&lang=az

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ