Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
23/03/2024
Sahibə Qafarovanın Qayana Milli Assambleyasının sədri ilə görüşü keçirilib
Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün Qayana Kooperativ Respublikası Milli Assambleyasının sədri Manzur Nadir ilə görüşüb. Görüşdə Parlamentlərarası İttifaq və digər beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərin, o cümlədən qarşılıqlı dialoqun qanunverici orqanlar arasında əlaqələrin genişləndirilməsinə imkan yaratdığı vurğulanıb.
Milli Məclisin sədri Sahibə Qafarova parlamentarilərin xalqlarımızı təmsil etdiyini diqqətə çatdıraraq, qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsinin xalqların yaxınlaşmasına da töhfə verdiyini ifadə edib.
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.