Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


18/02/2021

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, habelə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bir neçə qanun layihələri ətrafında maraqlı fikir mübadiləsi apardıq. Söhbət ilk növbədə “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanununun layihəsindən gedir. 
Göründüyü kimi, qanun layihəsi bir neçə olduqca vacib qanunları əhatə edir. Sirr deyil ki, zaman-zaman göstərilən sahələrdə bir sıra narazılıqlar meydana gəlir. Hökumətin xüsusilə pandemiya dövründə elan etdiyi kurs, özəl sfera və sahibkarlara münasibətdə tətbiq edilən güzəşt və yumşalmalar da yuxarıda göstərilən qanunlarda dəyişikliklərin həyata keçirilməsini tələb edir. Müzakirələr zamanı gəldiyimiz ümumi qənaət bundan ibarət oldu ki, ediləcək dəyişikliklər dövlətimizin özəl sektora münasibətdə yürütdüyü liberallaşma siyasətinə cavab verəcək.
Bununla yanaşı, komitələrin birgə iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “İşsizlikdən sığorta haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda ediləcək dəyişikliklərə dair qanun layihələri ətrafında da fikir mübadiləsi apardıq 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ