Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


20/11/2020

Savaşımız, mübarizəmiz hələ bitməyib!

Milli Məclisin deputatı Elnur Allahverdiyev Şanlı Vətən Müharibəsində qazanılan Qələbə ilə bağlı müsahibə verib. Millət vəkili müsahibəsində Qələbə sevinci ilə yanaşı Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu hərbi siyasətdən danışıb.


- Elnur müəllim, 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Qalib xalqın millət vəkili kimi Qələbə hisslərinizi bizimlə bölüşməyinizi Sizdən xahiş edərdik...

- Təbii ki, bu, sözlərlə izah olunması çətin hisslərdir. Bunu gərək yaşayasan və şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və rəşadətli Ordumuz bu günləri görməyimizi təmin etdi. Əlbəttə, bu Qələbə xalqımızın həyatında, müasir tariximizdə qızıl hərflərlə həkk olunacaq və hər birimizin sabahına, qarşıdakı günlərimizə yüksək, pozitiv əhval-ruhiyyə ilə köklənməyimizə səbəb olacaq. Biz artıq dediklərimizin təzahürlərini görürük – hər bir evdə, ailədə, yolda, küçədə, iş yerlərində. Hər bir vətəndaş özünü haqqlı olaraq qalib hesab edir və burada bir ədalət var. Ordumuz düşməni qovdu, cəmiyyətimiz isə birlərşib, həmrəy olub zabit və əsgərlərimizə arxa durdu, Ali Baş Komandanımıza dəstək verdi. Biz bir Xalq olaraq qələbə çaldıq. Dünyaya və əsasən də düşmənə gücümüzü göstərdik, 30 il əvvəl camaatımızın başına gətirilən min-bir əzabın heyfini çıxdıq, qisasımızı aldıq, xalqımızın tökülən qanı yerdə qalmadı.

- Cənab Prezident İlham Əliyevin dediyi kimi, indi sınaq anıdır. Kimin dost, kimin düşmən olduğu görünür. Bu baxımdan, Azərbaycana qarşı "qara piar” aparanlar var. Rusiyanın bir sıra kanallarında erməni əsilli və ya digər millətlərdən olanlar düşmənin mövqeyini açıq-aşkar müdafiə edirlər. Sizcə onlar nə dərəcədə haqlıdırlar?

- Biz belə tendensiyalara çox köklənməməliyik. Erməniləri müdafiə edənləri nəinki biz, o ölkələrin ictimaiyyətləri də tanıyır. Ermənilər hamını bezdiriblər, sosial şəbəkələrə baxmaq kifayətdir, informasiya mənbələrinin paylaşımlarının altında yazılan kommentlərə diqqət yetirməklə bunun şahidi oluruq. Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bu cılız şəxslər qərəzli olublar və olacaqlar. Onlara ən tutarlı cavabımız qələbəmizdir, əsgərimizin gücüdür, başlarına vurduğumuz yumruğumuzdur. Məğlubiyyətin şokundan hələ uzun müddət ayılmayacaqlar, bir-birilərini didəcəklər. Etsinlər. Bizim daha vacib işlərimiz var qarşıda – Qarabağımızı dirçəltməliyik!

- İşğaldan azad olunan ərazilərimiz iqtisadi baxımdan bizə nə kimi səmərə verəcək?

- Çox böyük səmərəsi olacaq. Bu barədə çox güman ki, dəqiq və ətraflı təhlillər veriləcək, hökumətin təklifləri və "Yol xəritəsi” olacaq. Dövlətimizin bu təşəbbüsləri, layihələri reallaşdırmaq üçün bütün imkanları var. Sualınıza cavab olaraq isə deyim ki, iqtisadiyyatımız böyüyəcək. Fikir verin, torpaq ehtiyatımız nə qədər artacaq. O torpaqların hamısı yüksək məhsuldardılar. Kənd təsərrüfatı, heyvandarlıq və bitkiçilik üçün ciddi potensialımız var. Gücümüzə güc qatacaq torpaqlardır. Əkilib-biçiləcək, məhsul verəcək, ərzaq təhlükəsizliyimizin təminatında ciddi rol oynayacaq bu ərazilərimiz.

Eyni zamanda, bu torpaqlarımız əhalimizin məşğulluğu baxımından çox önəmlidir. Miqyaslı tikinti-quruculuq işləri olacaq, infrastruktur qulucaq, yollar çəkiləcək. Bunlar hamısı iş yerləridir. Regionun möhtəşəm turizm potensialı mövcuddur. Mehmanxanalar, istirahət mərkəzləri, sağlamlıq ocaqları, məişət-iaşə sektoru… Saymaqla bitirmək olmur. Bizi çox gözəl günlər gözləyir.

- Eyni zamanda onu da qeyd etməliyik ki, düşmənin törətdiyi terror zamanı ölkəmizə iqtisadi ziyan dəyib. Sizcə əldə olunan faktlarla Ermənistana qarşı sanksiyalar tətbiq edilə bilərmi?

- Mən buna əminəm. Əlavə edim ki, söhbət tək iqtisadi ziyandan getmir. Biz mənəvi əzab yaşamışıq, minlərlə insanımız həlak olub, uşaqlar, ailələr başsız qalıb. Tariximiz saxtalaşdırılıb, yurdumuz viran olub. Bu barədə cənab Prezident artıq danışıb. Dövlət başçısı bütün vədlərini reallaşdırıb, torpaqlarımız işğaldan qurtulub, xalqımız bu xoşbəxt günə şahidlik edir. Tam əmin ola bilərik ki, dövlət başçısı buna da nail olacaq. Hələlik təqribən 50 milyardlıq təzminatdan söhbət gedir. Düşünürəm ki, dəqiqləşdirmələr olacaq. Ermənistan düşünməsin ki, döyüş meydanında məğlub olmaqla canını qurtarmış oldu. Onların çətin günləri hələ qabaqdadır. Səngərdə, döyüşdə erməni əsgərinin ağzını ovduq, indi sıra Ermənistan dövlətində, bizə qarşı soyqırımı həyata keçirən siyasilərdə, rəhbərlərdədir. Hüquqi müstəvidə cavab versinlər. Savaşımız, mübarizəmiz hələ bitməyib!

Ədil Ədilzadə


Müsahibə Sabahinfo

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ