Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


06/12/2021

Seçicilərimizlə daimi ünsiyyətdəyik

Bu gün seçicilərimizlə növbəti görüşümüzü reallaşdırdıq. Məşğulluq, pensiya, hüquqi yardım, sağlamlıq mövzuları əsas müzakirə obyekti oldu. Dairəmizin iki qazisi ilə bir daha görüşdüm. Hər ikisini narahat edən məsələ məşğulluqdur. Şükürlər olsun ki, qəhrəman döyüşçülərimiz aktiv əmək fəaliyyəti ilə məşğul olmaq niyyətindədirlər və belə demək mümkündürsə, dinc dövrün qayğıları barədə düşünürlər. 
Vətən müharibəsi qazilərimizdən  bəzi çətinliklərlə qarşılaşanlar da var. Bır sıra hallarda problemlərinin gec, ləng çözülməsindən narahatdırlar. Şübhəsiz ki, qazilər onlara dövlətimiz tərəfindən qanunla verilən imtiyazlardan vaxtlı-vaxtında yararlanmalıdırlar. 
Qəbulda qaldırılan hər bir məsələnin diqqətlə araşdırılması ilə həmişəki kimi məşğul olacağıq. Görüşlərimiz davam edəcək. Seçicilərimizlə daimi ünsiyyətdəyik

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ