Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


17/07/2020

Seçicilərimizlə növbəti onlayn-görüşümüz keçirildi

Seçicilərimizlə növbəti görüşümüz onlayn formatda keçirildi. Nə qədər ki, karantin rejiminin tələbləri aktualdır vətəndaşların qəbulunu bu formatda davam etdirəcəyik. Gün gələr həyatımız normal məcraya qayıdar, birbaşa ünsiyyətimizi bərpa edərik.
Dairəmizin sakinləri ilə onları narahat edən məsələləri müzakirə edib, fikir mübadiləsi apardıq. Dinlədiyimiz məsələlər sırasında təhsillə bağlı problemlər də var idi. Problem varsa, onun həllinə çalışmaq lazımdır. Qeyd etməliyəm ki, gənclərimizin təhsillə maraqlanmaları və narahatlıq keçirmələri tədqirəlayiqdir. 
Daha bir sevindirici məqam ondan ibarətdir ki, dairəmizin sakinləri fəaliyyətimizdən kifayət qədər məlumatlıdırlar. Çətinliklərin həllinə bax belə - birlikdə nail ola bilərik. Çünki birlikdə güclüyük! 
Əziz seçicilər! Hər birimiz Operativ Qərargahın tövsiyyələrinə riayət etməliyik. Bu baxımdan nə qədər ki, görüşlərimiz onlayn formatda keçirilir iştirak etmək istəyən şəxs sosial şəbəkələrdəki hesablarımıza yaza bilər. Komanda üzvlərimiz əlaqə saxlayıb sizi qəbula yazacaqlar

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ